» » » Keçmiş tarixə məcburi ƏDV qeydiyyatına alınmış vergi ödəyicisinin həmin dövrdə təqdim etdiyi elektron qaimə-fakturaları dəqiqləşdirməsi barədə

Keçmiş tarixə məcburi ƏDV qeydiyyatına alınmış vergi ödəyicisinin həmin dövrdə təqdim etdiyi elektron qaimə-fakturaları dəqiqləşdirməsi barədə

posted in: Xəbər | 0
birbank biznes

Dövlət gəlirləriKeçmiş tarixlə məcburi ƏDV qeydiyyatına alınmış vergi ödəyicisinin ƏDV qeydiyyatının qüvvəyə mindiyi tarixdən aparılan əməliyyatı ƏDV daxil olmaqla aparılan əməliyyat hesab edilir. Bu zaman ƏDV tutulan əməliyyatın dəyəri malın satış qiymətindən ƏDV çıxılmaqla müəyyən edilir.

ƏDV qeydiyyatı qüvvəyə mindikdən sonra vaxtilə təqdim edilmiş mala (işlərə, xidmətlərə) görə alıcıya verilmiş elektron qaimə-faktura “malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən” növündə olan elektron qaimə- faktura təqdim etməklə dəqiqləşdirilir. “Malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən” növündə olan elektron qaimə-faktura təqdim edildikə “Səbəb” menusundan dəqiqləşdirilmənin səbəbi olaraq “Digər” seçilir və satılmış malın ƏDV-siz dəyəri və ƏDV məbləği müvafiq xanalarda əks etdirilir.

Əsaslandırılma: Vergi Məcəlləsinin 71-1.5.3-cü, 155.1-ci,  157.3-cü, 157.5-ci maddələri, “Elektron Qaimə (E-Qaimə) Altsisteminin İstifadəçi Təlimatı”

Mənbə: taxes.gov.az


Dividendlərin vergiyə cəlb edilməsi



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun