Sual: A müəssisəsi B müəssisəsinə mühafizə xidməti göstərir. Göstərilən xidmət üçün hər ay E-qaimə cari ay üçün növbəti ayın 5-ə qədər A müəssisəsi tərəfindən B müəssisəsinə təqdim edilir. Dekabr ayında göstərilmiş xidmət üçün E-qaimə növbəti ilin yanvar ayında təqdim edilir.
Sual – hesablama metoduna əsasən mənfəətdən vergi hesablanarkən dekabr ayında göstərilmiş xidmətin dəyəri (gəlir olaraq) hansı dövrə aid edilir, dekabr ayına yəni xidmətin faktiki gostərildiyi ilə, yoxsa E- qaimənin təqdim edildiyi yanvar ayına yəni növbəti ilə?
Cavab: Bildiririk ki, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.
Eyni zamanda, vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır.
Müraciətinizdə göstərilən xidmətlər dekabr ayında təqdim olunduğu üçün bu vaxt vergi ödəyicisi tərəfindən gəlir almaq hüququnun əldə edildiyi vaxt hesab olunur və bu, həmin ilin mənfəət vergisi bəyannaməsində əks olunmalıdır.
Məlumat üçün bildiririk ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim etməlidir.
Əsas: Vergi Məcəlləsinin 71-1.1-ci, 134-cü, 135-ci maddələri.
Mənbə: taxes.gov.az
Həmçinin bax:
-
Hüquqi şəxsə icarə haqqı ödənildikdə mütləq ÖMV bəyannaməsi verilməlidirmi?
-
Gecikməyə görə tətbiq edilən cərimə ƏDV-yə cəlb edilirmi?
-
Əmtəəsiz əməliyyat nədir?
-
Sosial xarakterli xərclər hansılardır?
-
İnventarizasiya zamanı əskikgəlmələr olduqda sənədləşmə və vergi öhdəlikləri
-
Borcun bağışlanması zamanı hansı vergi öhdəlikləri yaranır?
-
Payların alqı-satqısı zamanı vergi öhdəlikləri
-
Həyatın yığım sığortasına yönəldilən gəlirlər işsizlikdən sığorta haqlarından azad olunur?