» » » Dollar dünyanı ələ keçirdi və planetin əsas valyutasına çevrildi

Dollar dünyanı ələ keçirdi və planetin əsas valyutasına çevrildi

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

dollarDollar dünyanı ələ keçirdi və planetin əsas valyutasına çevrildi.

200 il əvvəl isə onu saya belə almırdılar.

ABŞ dolları hazırda dünyanın ən böyük valyutası və iqtisadi sabitliyin sinonimidir. Dünyanın fövqəldövlətləri öz ehtiyatlarını yerləşdirmək üçün məhz, dolları seçirlər. Beynəlxalq valyuta fondunun (BVF) məlumatına görə, 2020-ci ilin birinci rübünün sonuna dünya dövlətlərinin ehtiyatlarında dolların ümumi həcmi 70 faizə çatıb (öz populyarlığına görə ikinci valyuta hesab olunan avro isə çox çətinliklə bu sahədə 20 faizə çata bilib). Milli valyutanın məzənnəsinin inflyasiyaya görə daim dəyişdiyi qeyri-sabit siyasi və iqtisadi durum olan ölkələrdə dollar tez bir zamanda nağd hesablaşmalarda əsas ödəniş vasitəsinə və pulun saxlanmasının əsas üsuluna çevrilir.

Lakin dollar, heç də həmişə universal və sabit olmayıb. 6 iyul 1785-ci ildə ABŞ-da rəsmi valyuta halına gələn dollar böhranın bir neçə dalğasını yaşayıb və uzun müddət Amerika vətəndaşlarının belə etibarını qazana bilməyib. Dünyanı fəth etmək və qlobal valyuta bazarının liderinə çevrilmək üçün dollara az qala 200 ilə yaxın bir zaman lazım gəlib. Ən populyar dünya valyutasının təsviri də yüz illər boyu müxtəlif görünüşlər almış, fırıldaqçılar, iqtisadi böhranlar və müharibələr səbəbindən dəfələrlə dəyişmişdir. ABŞ-da milyarderlər pandemiya

Amerika valyutasının adı heç də ABŞ-da icad olunmayıb: bu ad artıq 500 ilə yaxındır ki, mövcuddur və o, Birləşmiş Ştatlara Köhnə Dünyadan (Avropadan) gəlmişdir. “Dollar” sözü XVI əsrdə Avropada geniş istifadə olunan gümüş sikkə “taler”dən təşəkkül tapıb. Sikkə Bohemiyada (Müasir Çexiyanın ərazisi) zəngin qiymətli metal yataqları ehtiyatları tapıldıqdan sonra ortaya çıxıb. Gümüş talerlər Avropa bazarında qiymətli metalların miqdarının az olduğu digər sikkələri tez bir zamanda sıxışdırıb aradan çıxardı. Və onların adı Avropanın bir çox ölkələrinə və dillərinə nüfuz edən qədər məşhur oldu. Adaptasiya prosesində söz öz səslənişini xeyli dəyişdirmişdi: məsələn, Niderlandda o “daalder”, ingilisdilli dünyada isə “dollar” formasını aldı.

Birləşmiş Ştatlar ərazisinə isə bu ad, İspaniyanın sayəsində daxil olmuşdu. Latın və Şimali Amerikanın kolonizasiyası zamanı İspaniya Boliviya, Peru və Meksika ərazisində nəhəng gümüş yataqları aşkara çıxarmışdı. Və 300 il ərzində – 1500-cü və1800-cü illər – dünyanın əsas gümüş istehsalçısına çevrilmişdi (dünya gümüş istehsalının 85 faizi onun payına düşürdü). İspaniyanın gümüş pesosu zamanla qiymətli metalların tərkibi aşağı düşdükcə keyfiyyət baxımından Avropa tallerlərini üstələdi. Şimali Amerikada peso “ispan dolları”  kimi tanındı və müstəmləkə dövründə böyük populyarlıq qazandı. Məsələ ondadır ki, müstəqillik uğrunda müharibədən əvvəl (1775-1783) 13 Britaniya koloniyasında rəsmi hesablaşma vasitəsi funt-sterlinq olub. Çünki Britaniya müstəmləkəçilərə müstəqil sikkə zərb etdirməyi qadağan etdiyinə görə, onlar daim valyuta çatışmazlığı yaşadılar. Bir çox ticarət əməliyyatları ispan dolları ilə həyata keçirilmişdir. Onların ABŞ-ın pul sisteminə təsiri o qədər böyük oldu ki, pesonun simvolu hələ də dollarların ümumi qəbul edilmiş simvolu kimi, üstündən xətt çəkilmiş latın hərfi $ şəklindədir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun