» » » Daha bir ölkə ilə ikiqat vergitutmanın ləğvi ilə bağlı protokol təsdiqlənib

Daha bir ölkə ilə ikiqat vergitutmanın ləğvi ilə bağlı protokol təsdiqlənib

posted in: Vergi, Xəbər | 0

Qazaxıstan parlamenti ikiqat vergitutmanın aradan qaldırılması, gəlir vergisi və əmlak vergisi ödənişlərindən yayınmaların qarşısının alınmasına dair Azərbaycanla imzalanmış hökumətlərarası protokolu təsdiqləyib.

Qazaxıstanın maliyyə naziri Baxıt Sultanov bildirib ki, protokol məlumat mübadiləsi ilə iki ölkə arasında vergi sahəsində əməkdaşlığın inkişafına xidmət edəcək. O qeyd edib ki, Azərbaycandan Qazaxıstana investisiyalar son 10 ildə 168 mln. dollar, Qazaxıstandan Azərbaycana investisiyaların həcmi 20 mln. dollar təşkil edib. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi isə son 10 il ərzində 2,8 mlrd. dollar təşkil edib.

Qeyd edək ki, ikiqat vergitutmanın, gəlir vergisi və əmlak vergisi ödənişindən yayınmaların qarşısının alınmasına dair protokol 3 aprel 2017-ci il tarixində Bakıda imzalanıb.

Azərbaycan Prezidenti İlham Əliyev bu protokolu 2017-ci il oktyabrın 11-də təsdiq edib.

Mənbə: report.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az