» » » Maliyyə forumu keçiriləcək

Maliyyə forumu keçiriləcək

posted in: Maliyyə, Xəbər | 0
birbank biznes

Bakıda bu il fevralın 28-də maliyyə forumu keçiriləcək.

Bunu jurnalistlərə açıqlamasında “Caspian European Club”un baş icraçı direktoru Mustafa Abbasbəyli deyib.

M.Abbasbəylinin sözlərinə görə, forumda hökumət rəsmilərinin iştirakı gözlənilir: “Forumda maliyyə sahəsində fəaliyyət göstərən qurumların rəhbərlərinin iştirakı gözlənilir. Bura Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Vergilər Nazirliyi, Dövlət Neft Fondu və digər qurumlar daxildir”.

“Caspian European Club” rəsmisi yeni vergilər naziri ilə görüşmək niyyətində olduqlarını da qeyd edib: “Təbii ki, Vergilər Nazirliyi ilə görüş planlaşdırılır. Yeni nazir təkliflərə açıqdır və islahatlar aparmaq həvəsindədir. Bu, bizi sevindirir və əlavə stimul verir”.

M. Abbasbəyli təkliflərin istiqaməti ilə bağlı da danışıb: “Burada iki istiqamətdə məsələlər var. Birincisi, qanunvericiliklə bağlı müəyyən təkliflərdir, digəri isə mövcud qanunvericiliyin tətbiqi ilə bağlıdır”.

Mənbə: report.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az