» » » Bu qurumda “Elektron Hesabat Sistemi” yaradılıb

Bu qurumda “Elektron Hesabat Sistemi” yaradılıb

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Elektron HesabatƏmanətlərin Sığortalanması Fondu (ADIF) informasiya texnologiyaları sahəsində yeni layihələrin icrasına davam edərək qurumun üzvü olan banklardan hesabatlarının vahid formada qəbul edilməsi və idarə olunması məqsədilə ” Elektron Hesabat Sistemi ” (EHS) yaradıb.

ADIF-dan bildiriblər ki, banklar Əmanətlərin Sığortalanması Fonduna təqdim etdikləri rüblük hesabatları fond tərəfindən yaradılmış internet portalına Milli Sertifikat Xidmətləri Mərkəzinin buraxdığı və bankın adına alınmış elektron imza sertifikatlarından istifadə etməklə daxil edə biləcək. Bu sistem Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarla fond arasında məlumat mübadiləsinin operativ aparılmasını, bankların rüblük hesabatlarına nəzarəti və təhlükəsiz idarə edilməsini, hesabatların emalı və analitik məlumatların hazırlanmasının sürətləndirilməsini təmin edir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Fondun ləğvetməsində olan bankların kredit yığımlarının sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə inteqrasiyanın qurulması üzrə işlər davam etdirilir. Bu layihə ləğv prosesində olan bankların müştərilərinə kredit borclarının “ASAN Ödəniş” terminalları ilə nağd formada və asanpay.az portalı vasitəsilə nağdsız qaydada ödənilməsinə imkan yaradacaq.

Xatırladaq ki, bundan öncə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların kredit yığımlarının sürətləndirilməsi məqsədilə Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiyası təmin edilib. Bu da ölkə ərazisində fəaliyyət göstərən bütün bankların 2000-ə yaxın xidmət şəbəkəsində və “Azərpoçt” MMC-nin 1300-dən çox məntəqədə, 1000-dən çox ödəniş terminallarında nağd formada və www.gpp.az internet portalından, bankların elektron bankçılıq xidmətlərindən istifadə edilməklə ödəniş kartları və bank hesabları vasitəsilə nağdsız qaydada ləğv prosesində olan bankların kredit ödənişlərinin qəbul edilməsinə imkan yaradıb.

Bundan başqa, Əmanətlərin Sığortalanması Fondu mərkəzləşdirilmiş informasiya sistemlərinin təkmilləşdirilməsi və avtomatlaşdırılmış maliyyə əməliyyatları sisteminin qurulması üzərində iş aparır. Bu layihə proseslərin avtomatlaşdırılması, mövcud sistemlərin daha müasir və dayanıqlı sistemlərlə əvəz edilməsi, sistemlərin funksional imkanlarının təkmilləşdirilməsi, əlaqədar təşkilatlar arasında informasiya mübadiləsinin müasir tələblər səviyyəsində qurulması və qeyd olunan sistemlər üzrə yeni ehtiyat mərkəzdə müvafiq infrastrukturun yaradılmasını nəzərdə tutur.

Mənbə: azertag.az


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.