» » » Elektron ödənişlərdən vergi tutulması

Elektron ödənişlərdən vergi tutulması

posted in: Vergi, Xəbər | 0

Elektron ödənişVergi qanunvericiliyinə əsasən, Azərbaycanda qeydiyyatda olmayan şirkətdən elektron iş və xidmətlər alındıqda vergi müştəri tərəfindən ödənilir.

Bəs bu ödəniş necə həyata keçirilir?

Azərbaycan Banklar Assosiasiyasının ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə ekspert qrupunun üzvü Teymur Axundov suala aydınlıq gətirərək qeyd edib ki, müştəri öz ödəniş kartı ilə xaricdən internet vasitəsilə iş və xidmət aldığı zaman bu vəsaitin cəlb edilməsi müştərinin kart hesabı ilə əlaqədar iki yolla aparılır. Hesab dollarda olduqda proses komissiyasız baş verir, manatla olduqda isə konvertasiya üçün komissiya haqqı tutulur. Lakin unutmaq olmaz ki, manatla ödəniş edən zaman valyuta kursunun dəyişməsi müştəri üçün borc yaranmasına gətirib çıxara bilər. Bunun səbəbini ödənişlərin vergiyə cəlb olunması prosesində görmək mümkündür.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Müştəri ödənişi dollarla etdiyi halda…

Biznes hesabi

İş və xidmətin (məsələn, 100 dollarlıq iş və xidmət) ifadə olunduğu valyuta ilə müştərinin kartının valyutası eyni olduqda beynəlxalq ödəniş sistemləri (BÖS) müştərinin kartından 100 dollar tutur, amma bank hələ bu əməliyyatı görmür. Əməliyyatı prosessinq mərkəzi (AzerCard, Millikart və s.) görür. Bankla prosessinq mərkəzi arasında razılaşmaya əsasən, mərkəz konkret MCC kodlar (hər bir əməliyyat üzrə ödənişlər VISA, MasterCard tərəfindən müəyyən edilən kodlar üzərindən gedir və bu kodlar MCC kodlar adlanır. Kodlarda ödənişin nəyə aid olduğu bilinir: məsələn, təhsil xidməti, səhiyyə xidməti, hər hansı mal, iş və ya xidmət) üzrə əməliyyatlara vergi hesablanmasını da nizamlayır.

Yəni müştəri 100 dollarlıq xidməti alan zaman prossesinq mərkəzinin nizamlamasına uyğun olaraq, kartdan 100 dollar, +18% tutulur. Hesabda bu məbləğ olmadıqda əməliyyat həyata keçirilmir.

Bank isə əməliyyatı 2-3 gün sonra, yəni BÖS tərəfindən ödənişin məlumatları (filebank) banka daxil olanda görür. Bu zaman bank 100 dolları öz hesabına, 18 dolları isə vergi hesabına həmin günün kursuna əsasən manatla köçürür. Nəticədə dollar hesabı olan vergi ödəyicisi aşağıdakı miqdarda ödəniş edir:

Ümumi ödəniş  =  

100 dollar  +  18% vergi  =  118 dollar.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ödəniş manatla edildikdə…

Müştəri iş və xidmət alan zaman avtorizasiya edərək ödənişi təsdiq etdikdə, həmin günün kursu ilə 100 dollar + 18% + 4% = 122 dollar  (bu, təqribi rəqəmdir:  4% bankın komissiyasıdır və bankdan-banka fərqli ola bilər) ekvivalentində vəsait konvertasiya olunur və kartda bloklanır. Sonradan isə dollar hesablı ödəniş üçün qeyd etdiyimiz oxşar əməliyyat burada davam edir. Əgər məlumat banka daxil olan gün kurs dəyişərsə (dolların kursu qalxarsa) və kartda bu fərqi ödəmək üçün kifayət qədər vəsait olmazsa, yaranan fərq müştərinin banka borcu kimi qeydə alınır. Nəticədə manat hesabı olan vergi ödəyicisi aşağıdakı miqdarda ödəniş edir:

Ümumi ödəniş = 100 dollar x əməliyyat günün məzənnəsi  +  18% vergi  +  bank komissiyası  ±  valyuta kursundakı dəyişiklik.

T.Axundov qeyd edib ki, gələcəkdə vergi tətbiq ediləcək yeni sahələr müəyyənləşdirilir. Bu xidmətlərin siyahısı 4 əsas qrupda cəmləşdirilir:

Xidmətlər – vergi dərəcəsi: ödəniş üzrə 18%;

Son məhsulu elektron mal kimi qiymətləndirilən xidmətlər – vergi dərəcəsi: ödəniş üzrə 18%;

Mərc oyunları, lotereyalar və digər müsabiqələr – vergi dərəcəsi: ödəniş üzrə 18%, uduş üzrə 10%;

Pul kisəsi xidməti – vergi dərəcəsi: pul kisəsi ilə bağlı xidmətlər və vəsaitlərin göndərilməsi üzrə 10%.

Bura yerində göstərilən xidmətlər: məsələn, nəqliyyat xidməti, bərbərxana xidməti və s.  aid edilməyib. Həmçinin son məhsulu mal kimi qiymətləndirilən şirkətlərə ödəniş edildiyi zaman da sözgedən vergi tətbiq olunmayacaq.

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev mövzu ilə bağlı açıqlamasında bildirib ki,  Vergi Məcəlləsinin 1 yanvar 2017-ci il tarixdən qüvvəyə minmiş 169.1-ci və 169.3-cü maddələrinin müddəalarına əsasən, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ƏDV hesablanmalı və ödənilməlidir. Elektron ticarət qaydasında alınan mallara görə ödənilən məbləğdən banklar tərəfindən ƏDV-nin hesablanması və alıcının hesabından tutulması isə Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.

Bunlarla yanaşı, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından əldə edilən gəlirdən uduşa qoyulmuş məbləğ çıxıldıqdan sonra qalan məbləğdən gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Mənbə: vergiler.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz