» » » Böhran dövründə xərclərinizi azalda bilən 7 sadə üsul

Böhran dövründə xərclərinizi azalda bilən 7 sadə üsul

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

xərcləri azaltmaq böhranBöhran dövründə xərcləri azaltmaq üsulları.

Heç az məsrəf etmək üzərində düşünmüsünüzmü? Sravni.ru saytı maliyyə məsləhətçiləri ilə birlikdə böhran dövründə xərclərin azaldılması ilə bağlı ən əhəmiyyətli üsulları seçib.

  • Yalnız məcburi məsrəfləri saxlayın

Qidalanma və kommunal xərclərə nə qədər məsrəf etdiyinizi qeyd edin. Əgər nəqliyyat xərcləri, kredit  və təhsil ödənişləri varsa, həmin məbləğin üzərinə gəlin. Ailə büdcəsində olan digər xərcləri cəsarətlə ixtisar edə və ya müəyyən zaman ərzində ümumiyyətlə, onlardan imtina edə bilərsiniz. Müstəqil maliyyə müşaviri İrina Fork belə hesab edir.

Kredit öhdəlikləri varsa, onları yerinə yetirmək daha yaxşıdır. Amma çətin bir maliyyə vəziyyətinə düşsəniz, bankdan təxirə salmağı xahiş edin.

  • Zərərli vərdişlərdən imtina edin

Sağlamlıq həmişə aktualdır, hazırda bu həm də iqtisadi cəhətdən sərfəlidir. Milli maliyyə savadlılıq mərkəzinin eksperti Olqa Senokosova bu məsələyə diqqət çəkib. Zərərli vərdişlərdən əl çəkdikdən sonra qənaət edilən vəsaitləri ərzaq və müalicə xərcləri üçün saxlamaq olar.

  • Yeni məhsullar əvəzinə ikinci əl satışdan işlənmiş malları almaq

Hətta endirimli satışlar sizi cəlb edirsə belə, məişət tenikası, mebellər və digər bahalı malların satışını ertələmək daha yaxşıdır. Ekspert Luiza Kononıxina buna əmindir. Lakin belə bir ehtiyac yaranıbsa, onda saytlardakı satış elanlarından ikinci əl satışı üzrə variantları araşdırın.

  • Sərfəli alış edin

Məsələn, beş paketdən ibarət yarmanın əvəzinə dərhal 900 qramlıq bir qutu alın. Heç də hiyləgər olmayan belə bir üsulla siz ay ərzində xeyli məbləğdə pula qənaət edə, həmin məbləği mobil rabitə üçün sərf edə bilərsiniz. Ekspert Lyubov Palaçeva belə məsləhət görür. Digər ərzaqlar və kimyəvi vasitlərlə də oxşar şəkildə davrana bilərsiniz: ən sərfəli qutuları alın.

  • Evdə qayda yaradın

Bir qədər məzəli olsa da, lakin bu faktdır: öz şkaflarınızın siyirmə və rəflərinə əl gəzdirin – oralardan siz dəftərxana ləvazimatlarından tutmuş, corablara kimi bir çox faydalı şeylər tapa bilərsiniz. Bir dəfə həyata keçirilən bu təmizlik işi zamanı siz xeyli məbləğə qənaət etmiş olacaqsınız. Lyubov Palaçeva məsləhət bilir.

  • Özünütəhlillə məşğul olun
Ola bilsin ki, siz çox vaxt kofe satın alır, müxtəlif əyləncəli servislərə abunə ödənişləri edir və ya işığa və suya qənaət etmirsiniz. Belə xərclərin optimallaşdırımasından ötrü sizin bir qədər səy göstərməniz və bir sıra vərdişlərinizi dəyişdirmək tələb olunur. Ekspert Anatoliy Protasov belə məsləhət edir. Kofeni evdən özünüzlə götürün. Təhsil və əyləncə üçün pulsuz servislərdən istifadə edin və ya işığa və suya qənaət edin. Yadda saxlayın: böhran – müvəqqəti haldır, belə ki, bütün bu məhdudiyyətlər heç də həmişəlik deyil.
  • Ölçüyə riayət edin
Xərcləri azaltmaq böhranın düzgün strategiyasıdır. Lakin ifrata da varmaq lazım deyil ki, sonradan depressiyadan əziyyət çəkməyəsən. “Finansovaya Kuxnya” onlayn-məktəbinin yaradıcısı və rəhbəri Regina Dolqix hesab edir ki, bizim hamımıza aydın baş və sakitlik lazımdır. İstənilən  bir qənaət ağlabatan olmalıdır.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun