Vergi borcunun müddətinin uzadılması halları

posted in: Xəbər | 0

Təbii fəlakət səbəbindən MMC-yə məxsus tikinti materialları mağazasında olan malların hamısı zay olub. Cəmiyyətin 2024-cü il fevralın 1-i tarixinə 8.000 manat vergi borcu mövcuddur, müəssisə məlum səbəblərdən ziyana düşdüyü üçün həmin borcu ödəyə bilmir. Bu halda borcumuzu müəyyən müddət sonra ödəyə bilərikmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 85.6.1-ci maddəsinə əsasən, təbii fəlakət, təhlükə potensiallı obyektlərdə baş verən qəzalar və ya digər qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdən daha gec müddətə dəyişdirilə bilər. Bu halda vergi ödəyicisi hadisənin baş verməsi və onun nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının arayışlarını təqdim etməlidir.

Eyni zamanda, 2024-cü ilin yanvarın 1-dən Vergi Məcəlləsinin qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin 85.6-cı maddəsində nəzərdə tutulmuş əsaslar olduğu halda, vergi ödəyicisi vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması məqsədilə müraciətdə göstərilən vergi borcunun 10 faizini ödəməlidir. Bu Məcəllənin 85.9-3-cü maddəsində nəzərdə tutulmuş ödəniş edilmədiyi təqdirdə, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıla bilməz.

Qeyd olunanlara əsasən, MMC tərəfindən təbii fəlakətin baş verməsi və bunun nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının arayışları vergi orqanına təqdim edilməklə və müraciətdə göstərilən vergi borcunun 10 faizi ödənilməklə müəssisənin vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıla bilər.

Əsas: Vergi Məcəlləsinin 85.6-cı və 85.9-3-cü maddələri

Mənbə: vergiler.az

Sığorta xərcləri gəlirdən necə çıxılır?

Mikro sahibkarlara MDSS məbləği qədər azalma güzəşti

posted in: Xəbər | 0

Vergi Məcəlləsində edilmiş son dəyişikliyə əsasən, 2024-cü il yanvarın 1-dən 3 il müddətində mikro sahibkar olan fərdi sahibkarların özlərinə görə ödədikləri illik məcburi dövlət sosial sığorta haqları növbəti illərdə onların ödəyəcəyi vergi məbləğində nəzərə alınacaq. Dəyişikliyin mahiyyətini “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə şərh edir.

Bildiyimiz kimi, fərdi sahibkar, fəaliyyətindən asılı olaraq, sadələşdirilmiş və ya gəlir vergisi ödəyicisi ola bilər. Bu güzəşt hər iki halda tətbiq ediləcək. Gəlir vergisi illik olduğu üçün güzəşt ilin sonunda, sadələşdirilmiş vergi rüblük olduğu üçün güzəşt rübün sonunda nəzərə alınacaq.

Vergi Məcəlləsinin 152.3 maddəsinə əsasən, gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədikləri illik məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin təqvim ilinin yekunlarına görə hesablanmış və əvvəlki illərin zərəri çıxılmaqla ödənilməli olan gəlir vergisi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.

Misal 1

Fərdi sahibkar olan şəxs gəlirindən xərcini çıxmaqla əldə etdiyi mənfəətdən 4.000 manat vergi hesablayıb. O, ilin bütün aylarında Bakı şəhərində fəaliyyət göstərib, buna görə də hər ay 86.25 manat məcburi dövlət sosial sığorta haqqı ödəyib. Fərdi sahibkarın illik ödədiyi sığorta haqqı (MDSS) 1.035 manatdır:

86.25 x 12 manat.

Nəzərə alınacaq güzəşt: 1.035 x 25% = 258.75 manat:

Ödəniləcək vergi: 4.000 – 258.75 = 3.741,25 manat.

Şəxs əgər ilin 5 ayında fəaliyyət göstəribsə, bu zaman onun ödədiyi MDSS haqqı 431.25 manat olacaq.

86.25 x 5 = 431.25 manat.

Bu halda nəzərə alınacaq güzəşt 107.81 manat olacaq:

431.25 x 25% = 107.81 manat.

Vergi Məcəlləsinin 221.1-1-ci maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslərin özlərinə görə ödədikləri rüblük məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin rüb ərzində hesablanmış sadələşdirilmiş vergi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.

Misal 2

Fərdi sahibkarın 2024-cü ilin 2-ci rübü üzrə hesablanış sadələşdirilmiş vergi məbləği 300 manatdır. O, rübün bütün aylarında Bakı şəhərində fəaliyyət göstərib və 258.75 manat MDSS haqqı ödəyib:

86.25 x 3 = 258.75 manat.

Nəzərə alınacaq güzəşt: 258.75 x 25% = 64.69 manat;

Ödəniləcək vergi: 300 – 64.69 = 235.31 manat.

Mənbə: vergiler.az

Sığorta xərcləri gəlirdən necə çıxılır?

Sığorta xərcləri gəlirdən necə çıxılır?

posted in: Xəbər | 0

İstehsal müəssisəsi balansında olan avadanlıqları sığorta şirkətində 01.02.2024 – 01.02.2026-ci illəri əhatə edən iki illik dövr üzrə sığortalayıb və sığorta şirkətinə 12.000 manat məbləğində sığorta haqqı ödəyib. Bu zaman müəssisə sığorta xərclərini gəlirdən necə çıxmalıdır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsinin 116.1-ci maddəsində edilmiş dəyişikliyə əsasən, öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığorta haqları üzrə, həmçinin təkrarsığorta müqavilələrinə münasibətdə təkrarsığorta haqları üzrə öhdəliklər gəlirdən çıxılır və sığorta müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, çəkilən sığorta haqqı xərcləri həmin hesabat dövrləri üzrə onun hesablanması qaydasına müvafiq surətdə bölüşdürülür.

Buna əsasən, müəssisə tərəfindən çəkilmiş bir neçə hesabat dövrünü əhatə edən sığorta haqqı xərcləri hesabat dövrləri üzrə onun hesablanması qaydasına müvafiq surətdə bölüşdürülməklə gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 116.1-ci maddəsi

Mənbə: vergiler.az

Kimlərə torpaq vergisində güzəşt tətbiq olunur?

Birbank Biznes-in “Maestro” tarifində yenilik: Biznes sahibləri artıq POS əməliyyatlarını da ala biləcəklər

posted in: Xəbər | 0

Biznes sahibləri üçün faydalı imkanlar yaradan Birbank Biznes-in əlverişli tarifi “Maestro” müştərilərinə sərfəli təkliflər təqdim etməyə davam edir. Belə ki, ölkənin bank sektorunda ilk olan bu məhsul vasitəsilə müştərilər biznes ehtiyaclarına  uyğun əməliyyatları və xidmətləri istənilən həcmdə və sayda seçərək, tarif paketlərini özləri yarada bilirlər. Hazırda isə tarifə daha bir əməliyyat əlavə edilib.

24 iyul 2024-cü il tarixindən etibarən “Maestro” tarifinə qoşulan hər bir sahibkar seçim zamanı POS (terminal) əməliyyatlarını da ala bilər. Bu isə biznes sahiblərinə bank xərclərinə standart tarifə nisbətən orta hesabla 65%-dək endirim almaq imkanı yaradır.

Ətraflı məlumat üçün: https://kbl.az/bbprmp

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Sadələşdirilmiş vergi ödəyiciləri üçün vergi güzəşti

1 287 288 289 290 291 292 293 2. 396