Xüsusi şəraitdə çalışan işçilərə tətbiq edilən əlavə əməkhaqqı və qidalar

posted in: Xəbər | 0

Bəzi ərazilər və fəaliyyət sahələri xüsusiyyətlərinə görə əmək şəraiti ağır və zərərli, habelə xüsusilə ağır və zərərli işlər hesab edilir. Bu səbəbdən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. 

Mövzu ilə bağlı əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov açıqlama verir: 

Yuxarıda sadalanan hallar Əmək Məcəlləsinin 159-cu maddəsində öz əksini tapıb. Əməkhaqqına belə artımların məbləğinin minimum miqdarı Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına əsasən, həmin kateqoriyalara aid olan müəssisə, idarə və təşkilatlarda iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan sahələrdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına, əmək şəraitinin ağır və zərərlilik səviyyəsindən asılı olaraq, artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilir:

Ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

aşağı səviyyəsində -1,04
orta səviyyəsində -1,08
yuxarı səviyyəsində -1,12

Xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

aşağı səviyyəsində -1,16
orta səviyyəsində -1,2
yuxarı səviyyəsində -1,24

Yuxarıdakı cədvəldə əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərə ödənilməli artımın minimum məbləği müəyyən olunub. Bu göstərici müəyyən edilmiş normadan artıq da verilə bilər. Digər bir məsələ isə artımın işçinin tarif maaşına tətbiq olunmasıdır.

Misal 1: İş yerlərinin attestasiyasına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı ilə əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin orta səviyyəsində təsnifləşdirilmiş iş yerində çalışan işçinin tarif maaşı 400 manatdırsa, işlədiyi iş yerinin kateqoriyasına əsasən, işçinin alacağı əməkhaqqı 432 manat olacaq:
400 x1.08= 432 manat.

Susuz torpaq ərazisi hesab edilən yerlərdə çalışanlar

Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əməkhaqqına artımın (əmsalın) minimum miqdarı 1,2, 40 km və ondan çox olduqda isə 1,4 məbləğində müəyyən edilib. Susuz ərazilər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə birlikdə həmin ərazilərin xəritəsi hazırlanır. Müəssisə, idarə və təşkilatlar respublikanın susuz ərazilərində daimi içməli su mənbəyindən uzaqda yerləşən iş yerlərində çalışan işçilərin əməkhaqqına artım əmsallarını tətbiq edərkən iş yerləri ilə içməli su mənbəyi arasındakı məsafələri hər il şəhər (rayon) icra hakimiyyəti orqanı ilə dəqiqləşdirərək razılaşdırılır.

Susuz ərazilərlə bağlı artım əmsalları yuxarıda əmək şəraiti ağır və zərərli işlərdə çalışan işçilər üçün müəyyən edilmiş artım əmsallarından fərqli olaraq, işəgötürən tərəfindən tarif (vəzifə) maaşına, vaxtamuzd və işəmuzd əməkhaqqına, qanunvericiliklə tarif (vəzifə) maaşına müəyyən edilmiş əlavələrə və “Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qararının 1 nömrəli Əlavəsinin 3-cü abzasında nəzərdə tutulan mükafatlara tətbiq edilir.

Xəzər dənizində yerləşən müəssisələrdə çalışanlar

Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına, sahillə əlaqə şəraitindan asılı olaraq, artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilib:

Sahillə quru yol əlaqəsi olduqda 1,4
Quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə
  • 0,5 km-ə qədər
1,5
  • 0,5 km-dən 70 km-ə qədər
1,65
  • 70-km-dən artıq
1,75

Misal 2: Xəzər dənizində yerləşən obyektlərdə çalışan şəxsin iş yerinin quru yol əlaqəsi yoxdur və sahildən 50 km uzaqlıqda yerləşir. İşçinin tarif maaşı 640 manatdır. Əməkhaqqına əlavə nə qədər olacaq?
640 x 1.65 = 1056 manat.

Dəniz səviyyəsindən hündürlükdə çalışanlar

Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əməkhaqqında hündürlük:

– 1.200 metrdən 1.500 metrədək olduqda artımın (əmsalın) minimum miqdarı 1,1;
– 1.500 metrdan 2.000 metrǝdak olduqda 1,2;
– 2.000 metrdan yuxarı olduqda isə 1,3 məbləğində müəyyən edilir.

Dəniz səviyyəsindən 1.200 metrdən 1.500 metrədək, 1.500 metrdən 2.000 metrədək və 2.000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarının 1 və 2 nömrəli əlavələrinə uyğun qaydada müəyyən edilir.

Bu artım əmsalları da işəgötürən tərəfindən tarif (vəzifə) maaşına, vaxtamuzd və işəmuzd əməkhaqqına, qanunvericiliklə tarif (vəzifə) haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin maaşına müəyyən edilmiş əlavələrə və “Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarının 1 nömrəli Əlavəsinin 3-cü abzasında nəzərdə tutulan mükafatlara tətbiq edilir:
– kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başcılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı.

Misal 3: Gədəbəy rayonunun Düzyurd kəndində dəniz səviyyəsindən yüksəkdə işləri yerinə yetirən fəhlənin aylıq tarif maaşı 700 manatdır. Düzyurd kəndi Nazirlər Kabinetinin müvafiq qərarının 1 nömrəli Əlavəsinə əsasən, dəniz səviyyəsindən 1.500 metrdən 2.000 metrədək hündürlükdə yerləşdiyini nəzərə alaraq, işçiyə ödəniləcək əlavəni müəyyən edək. Qərara əsasən, həmin hüdürlükdə yerləşən müəssisədə çalışan işçinin əməkhaqqına tətbiq olunacaq artım əmsalı 1.2-dir. Deməli, işçi 840 manat əməkhaqqı alacaq:
700 x 1.2 = 840 manat.

Əmək şəraitinin ağır və zərərliliyinin qiymətləndirilməsi Nazirlər Kabinetinin 2.000-ci il 6 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”na əsasən, iş yerlərinin qiymətləndirilməsi, onun əmək şəraiti üzrə normativlərə uyğunluğu cədvəli əsasında müəyyən edilir. İş yerlərinin attestasiyasının nəticələrinə uyğun olaraq əmək şəraitinin ağır və zərərliliyinin qiymətləndirilməsi metodikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 04 dekabr 2002-ci il tarixli 15-4 nömrəli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən, istehsalat mühiti amillərinin zərərliliyi və işin ağırlığı dərəcələri bal üsulu ilə müəyyən edilir.

Zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatlarda çalışanlara pulsuz yeməklərin verilməsi

Əmək Məcəlləsinin 209-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər və işçilər tərəfindən əməyin mühafizəsinin təmin olunması prinsipləri müəyyən edilib. Həmin prinsiplərdən biri də işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə-profilaktik yeməklə və digər vasitələrlə pulsuz təmin edilməsidir.

Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini təmin etməlidirlər. Bu qaydalar Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 550 nömrəli qərarı ilə təsdiq edilib. İşçilərə pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar iş yerlərinin attestasiyasının nəticələrinə əsasən həmin iş yerləri zərərli, ağır və ya xüsusilə zərərli və xüsusilə ağır qiymətləndirildikdə verilir. Həyata keçirilən əməyin mühafizəsi tədbirləri nəticəsində iş yerlərinin attestasiyası zamanı zərərli və ağır əmək şəraitinin aradan qaldırıldığı müəyyən edildikdə, həmin qida məhsullarının verilməsi dayandırılır.

Pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar verilən yeraltı əmək şəraitli iş yerləri iş yerlərinin attestasiyasının nəticələri əsasında Nazirlər Kabinetinin 2002-ci il 20 fevral tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş “İşləri yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin Siyahısı”na əsasən müəyyən edilir. Qərarda iş yerləri 2 kateqoriyaya ayrılıb. Bu kateqoriyalardan birinə aid iş yerlərində çalışan işçilərə yuxarıda qeyd olunan məhsulların verilməsi öz əksini tapıb.

Pulsuz müalicə-profilaktik yeməklər və süd əvəzinə işçilərə pul kompensasiyasının ödənilməsi qadağandır.

Əmək şaraiti zərərli və ağır qiymətləndirilən iş yerlərində çalışan işçilərə iş vaxtı (növbəsi) ərzində 0,5 litr pulsuz süd verilir, pulsuz müalicə- profilaktik yemək verilən işçilərə isə süd verilmir. Pulsuz müalicə-profilaktik yeməklər iş vaxtı (növbəsi) ərzində iş yerinə yaxın bufetlərdə və ya yeməkxanalarda istirahət və nahar fasiləsi zamanı yeyilməlidir. Süd və ona bərabər tutulan məhsullar iş vaxtı (növbəsi) ərzində iş yerinə yaxın bufetlərdə, yeməkxanalarda və ya sanitariya-gigiyena tələblərinə cavab verən otaqlarda paylanmalı, istirahət və nahar fasiləsi və ya qısa fasilələr zamanı içilməli və ya yeyilməlidir. Südün əvəzinə qaydalarda müəyyən edilməyən digər yeyinti məhsullarının verilməsinə icazə verilmir.

Qurğuşunun qeyri-üzvi birləşmələri ilə daimi təmasda olan işçilərə süd əvəzinə qatıq verilməsi tövsiyə edilir və onlara süddən və ya qatıqdan əlavə saflaşdırılmış və konservləşdirilmiş bitki mənşəli yeyinti məhsulları, meyvə şirəli içkilər şəklində 2 qram pektin verilməlidir (pektinin faktiki miqdarı istehsalçı zavod tərəfindən malın üstündə göstərilən faizlə müəyyən edilir). Bu miqdarda pektini əvəz etmək məqsədilə işçilərə kələmdən, yerkökündən, ağ turpdan, qırmızı turpdan, çuğundurdan hazırlanmış salat və ya tərkibində 250-300 milliqram mət olan natural meyvə şirələri verilməsinə icazə verilir. Tərkibində pektin olan yeyinti məhsulları, meyvə şirələri, içkilər işə başlamazdan qabaq verilməli və iş gününün başlanğıcında içilməli və ya yeyilməlidir. Antibiotiklərin istehsalında və emalında çalışan işçilərə süd əvəzinə qatıq və ya üzlü süd əsasında hazırlanmış kolibakterin verilməlidir.

Müəyyən edilmiş normalar dövlət təminatının minimum normalarıdır. Bu normalar çərçivəsində işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla bağlı xərclər buraxılan məhsulun və ya göstərilən xidmətin maya dəyəri xərclərinə aid edilir. Büdcədən maliyyələşdirilən müəssisələrdə işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla bağlı xərclər gəlirdən çıxılan xərclərin tərkibində nəzərdə tutulmaqla ödənilir. Bu, Vergi Məcəlləsinin 109.3-cü maddəsi ilə təsdiq edilib. Kollektiv müqavilələrdə, kollektiv müqavilənin bağlanmadığı hallarda isə əmǝk müqaviləsində və ya işəgötürənlə həmkarlar ittifaqları arasında razılaşmalarla müəyyən edilmiş normalardan yüksək miqdarda, habelə qaydalar şamil olunmayan zərərli və ağır əmək şəraitli iş yerlərində çalışan işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi nəzərdə tutularsa, normadan artıq xərclər məhsulun maya dəyərinə daxil edilmir və müəssisənin gəliri hesabına ödənilir.

Vergi Məcəlləsinin 102.1.14.5-ci maddəsinə əsasən, əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri gəlir vergisindən azaddır. Eyni zamanda, Vergi Məcəlləsinin 102.1.14.4-cü maddəsinə əsasən, ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərin tibbi müayinədən keçirilməsi üçün işəgötürənin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmiş xərc məbləğləri də gəlir vergisindən azaddır.

Mənbə: vergiler.az

Video: “Vergi Məcəlləsinə gözlənilən dəyişikliklər – 2025”

posted in: Xəbər | 0

Azərbaycan Mühasiblər Məktəbi”nin “Vergi Məcəlləsinə gözlənilən dəyişikliklər – 2025″mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər. 

Vebinarın təqdimatçısı Azər Qənbərov Azərbaycan Dövlət İqtisad Universitetində “Dövlət maliyyəsində vergi siyasəti”, “Vergi müqavilələri”, “Vergi auditi”,  “Rəqəmsal iqtisadiyyat və vergiqoyma”, “Vergiqoymanın prinsipləri” fənlərini tədris edir. Eyni zamanda “Azərbaycan Mühasiblər Məktəbi”ndə vergi üzrə təlimçi olaraq fəaliyyət göstərir. Dövlət İmtahan Mərkəzində PMS imtahanları üzrə ekspertdir.

Azercell şirkətində Vergi hesabatları bölümünün rəhbəridir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Biznesə başlama, vergi və hesabatlılıq” üzrə işçi qrupunun üzvüdür.

SOCAR Baş ofisində Vergilər Departamentində rəis müavini vəzifələrində çalışmışdır. Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir. Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəffəqiyyətlə vermişdir. “CİMA və ACCA” üzrə “Diplom Performance Management” və “DİPİFR” beynəlxalq diplomların, həmçinin Daxili audit Sertifikatının sahibidir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə 15 ildən çox təcrübəyə malikdir.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Peşəkar Mühasib Sertifikatı imtahanına hazırlıq kursları

Mühasibat kursları

Vergi kursları

Mühasiblər üçün Excel kursları

Əlaqə:

Hansı hallarda əməkhaqqıdan tutulmalar ola bilər?

posted in: Xəbər | 0

Mövzunu insan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova şərh edir:

Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci bəndinə əsasən, əməkhaqqından müvafiq məbləğlər, bu maddə ilə müəyyən edilmiş hallar istisna olunmaqla, yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.

Həmin maddənin 2-ci bəndində isə göstərilib ki, işəgötürənin sərəncamı ilə işçinin əməkhaqqından bu ödənişlər tutulmalıdır:

1. Qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;

2. Qanunvericilikdə nəzərdə tutulmuş icra sənədləri üzrə müəyyən edilmiş məbləğ (buraya aliment, məhkəmə qərarına əsasən kredit və şəxsə olan borcun ödənilməsi daxildir);

3. İşəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna edilməklə) təqsiri üzündən onun orta aylıq əməkhaqqıdan artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;

4. Müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu (işəgötürən işçinin son haqq-hesabından tutmaq hüququna malikdir);

Misal 1

İşçi işdən çıxdığı gün iş ilinə görə həmin dövr üçün 20 gün məzuniyyət hüququ yaranır. Həmin dövrdə 25 gün məzuniyyətdən istifadə edən işçi işdən çıxdığı gün onun artıq qalan 5 gün məzuniyyət məbləği son haqq-hesabdan tutula bilər.

5. Xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği;

6. Mühasibat tərəfindən səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər (Əmək Məcəlləsinin 175-ci maddəsinin 3-cü hissəsinə əsasən, mühasibatlıq pulu düzgün vermədiyi halda, 1 ay müddətində məbləğin tutulması əməliyyatını apara bilər);

Misal 2

İşəgötürən işçiyə avqust ayında 300 manat səhv ödəniş edib. Bu halda, işəgötürən həmin məbləği noyabr ayında ödənişdən 1 ay keçdiyi üçün tələb edə bilməz.

7. Həmkarlar İttifaqının üzvü olan işçilərin əməkhaqqıdan mühasibatlıq vasitəsilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar təşkilatının xüsusi hesabına köçürülən üzvlük haqları.
Əmək Məcəlləsinin 175-ci maddəsinin 6-cı hissəsinə əsasən, işçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əməkhaqqının müvafiq hissəsi kommunal xərclərin və digər şəxsi borcların ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əməkhaqqıdan tutula bilməz.

Məcəllənin 176-cı maddəsində göstərilib ki, hər dəfə əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əməkhaqqının 20%-dən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 50%-dən artıq ola bilməz. Ancaq burada bəzi istisnalar da var. “İcra haqqında” Qanunun 65-ci maddəsinə əsasən, alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itirilməsi nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı əməkhaqqıdan və ona bərabər sayılan digər gəlirlərdən tutulmaların məbləği 70%-dən çox ola bilməz.

Mənbə: vergiler.az

Muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı artıb

Yük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi

posted in: Xəbər | 0

İdxal zamanı daxil olan malların yük gömrük bəyannaməsi (YGB) və qısa idxal yük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməlidirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən formada aşağıdakı məlumatları malların gömrük nəzarətindən çıxdığı vaxtadək (hava nəqliyyatı ilə daşınan malların gömrük nəzarətindən çıxdığı vaxtdan 1 iş günü müddətində) uçotda olduğu vergi orqanına vermək vergi ödəyicilərinin vəzifələrinə aid edilir.

Vergi ödəyiciləri təqdim etdikləri məlumatda mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə, mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri barədə, mallar sifariş əsasında gətirildiyi halda isə sifariş verən şəxslər barədə (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatları qeyd etməlidir.

Vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu halda idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) boşaldılmış hesab olunur.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 57.5-ci maddəsinə əsasən, idxal edilmiş mallar barədə bu Məcəllənin 16.1.11-11-ci maddəsində göstərilən məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə 5 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 57-ci maddələri.

Mənbə: vergiler.az

Muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı artıb

1 239 240 241 242 243 244 245 2. 396