Gələn il üçün qeyri-iş günləri müəyyənləşdi

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, 2025-ci ildə aşağıdakı tarixlər qeyri-iş günləri elan edilmişdir:

  • Novruz Bayramı: 20, 21, 22, 23, 24 mart.

Gələn il 22 və 23 mar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 25 və 26 mart tarixləri qeyri-iş günləri olacaq. Beləliklə, gələn il Novruz bayramında ardıcıl 7 gün (20, 21, 22, 23, 24, 25 və 26 mart) qeyri-iş günləri olacaq.

  • Ramazan Bayramı: 30, 31 mart

Gələn il 30 mart bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 1 aprel qeyri-iş günü olacaq. Beləliklə, gələn il Ramazan bayramında ardıcıl 3 gün – 30 və 31 mart və 1 aprel qeyri-iş günləri olacaq.

  • Qurban Bayramı: 6, 7 iyun

Gələn il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq. Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün gələn il Qurban bayramında ardıcıl 4 gün – 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.


2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilsin. 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan günlər iş günü hesab edilmir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Hüquqi şəxslərin balansında olan torpaq sahəsinin satışı vergiyə necə cəlb edilir?

Yeni dövlət rüsumları müəyyənləşir

posted in: Xəbər | 0

Yeni dövlət rüsumları müəyyənləşir.

Milli Məclisin dekabrın 13-də keçiriləcək iclasının gündəliyinə təklif edilən “Dövlət rüsumu” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı yeni dövlət rüsumları müəyyənləşir:

  • Rüsumsuz ticarət mağazasının yaradılmasına icazənin verilməsi 100 manat.
  • Su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan çox elektrik enerjisinin istehsalına icazənin verilməsi – 150 manat.
  • Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi – 150 manat.
  • Elektrik enerjisinin paylanmasına icazənin verilməsi – 150 manat.
  • Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi 150 manat.
  • Sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.
  • Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.
  • Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.”;
  • “İxrac nəzarəti haqqında” qanuna əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi – 100 manat.
  • İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi – 100 manat.
  • Qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi – 200 manat;
  • Qazın nəqli üçün icazənin verilməsi – 150 manat.
  • Qazın paylanmasına icazənin verilməsi – 50 manat.
  • Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi 150 manat.
  • Sənaye qaz qurğusunun istismarına icazənin verilməsi – 100 manat.
  • Neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi – 150 manat;
  • Neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi – 150 manat;
  • Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi – 150 manat.

Mənbə: apa.az

Sadələşdirilmiş vergi bəyannaməsinin vaxtı: xüsusi məqamlar

Hüquqi şəxslərin balansında olan torpaq sahəsinin satışı vergiyə necə cəlb edilir?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir, əks halda rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bəs bu zaman hüquqi şəxslər balansında olan torpaq səhəsini satarkən vergini necə hesablayıb ödəməlidirlər? 

Mövzu ilə bağlı suala iqtisadçı-ekspert Mahmud Abasquliyev aydınlıq gətirir:

Fərdi sahibkarlar balansında olan torpaqlarını satan zaman Vergi Məcəlləsinin 218.4.5-ci maddəsinə əsaslanaraq torpağın təyinatı və ölçüsünə (kv.m. və ya ha) uyğun olaraq hesablama aparır və sadələşdirilmiş vergini ödəyirlər. Hüquqi şəxslər isə balansında olan torpaqları satan zaman mənfəət vergisi bəyannaməsində gəlirdən xərci çıxdıqdan sonra mənfəət vergisini ödəyirlər.

Misal

“MR” şirkəti balansında olan 100.000 manatlıq 7 ha torpaq sahəsini digər vergi ödəyicisinə 170.000 manata satıb. Bu zaman şirkət 14.000 manat mənfəət vergisi ödəyəcək:

170.000 -100.000 = 70.000 manat;
70.000 x 20% = 14.000 manat.

Əlavə olaraq bildirək ki, Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən, torpaq satışı ƏDV məqsədləri üçün mal sayılmadığından, elektron qaimə-fakturada ƏDV-yə cəlb edilməyən xanada müvafiq qeyd apardıqdan sonra müəssisə ƏDV bəyannaməsində 170.000 manatı bu maddənin Əlavə 3 bölməsinin ƏDV-yə cəlb edilməyən əməliyyatlar hissəsinin 336-cı xanasında bəyan edərək Dövlət Vergi Xidmətinə təqdim edəcək.

Onu da xatırladaq ki, torpağın satışı, fiziki və ya hüquqi şəxslər olmasından asılı olmayaraq, notarial qaydada həyata keçirilməlidir.

Mənbə: vergiler.az

İşçilərin Mənzil və Yemək xərclərinin gəlirdən çıxılmasının Norma və Qaydaları hansı tarixdən qüvvəyə minir?

Ofisiantlar nə qədər vergi ödəyirlər?

posted in: Xəbər | 0

Mövzunu “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə şərh edir.

İaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər – ofisiantlar bu fəaliyyətə başlamaq üçün vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və Dövlət Vergi Xidmətindən növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdırlar.

Vergi Məcəlləsinin 220.10-cu maddəsinə əsasən, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxs – ofisiant üçün aylıq 10 manat məbləğində sadələşdirilmiş vergi hesablanır. Həmin şəxslər aşağıdakı əmsallar tətbiq edilməklə ödənişi həyata keçirirlər:

  • Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
  • Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;
  • Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və
  • Naftalan şəhərlərində – 1,0;
  • Digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5.

Qeyd olunan şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının (345 manatın) 3 faizi miqdarında hesablanır və ərazi üzrə aşağıdakı əmsallar tətbiq edilir:

  • Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
  • Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;
    Digər şəhər və rayonlarda – 1,0.

İcbari tibbi sığorta isə minimum aylıq əməkhaqqının 4 faizi məbləğində ödənilməlidir. Bu ödəniş ərazi vahidlərinə bölünmür, əmsallar tətbiq edilmir.

Bakı şəhərində fəaliyyət göstərən şəxsin aylıq vergiləri və sosial ödənişləri aşağıdakı kimi hesablanacaq:

Sadələşdirilmiş vergi məbləği: 10 x 2 = 20 manat;
Məcburi dövlət sosial sığorta haqqı: (345 x 3%) x 2 = 20.7 manat;
İcbari tibbi sığorta haqqı: 345 x 4% = 13.8 manat.

Vergi Məcəlləsinin 58.12 maddəsinə əsasən, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan fəaliyyət göstərən şəxsə:

– Təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən edilmiş aylıq sabit vergi məbləğinin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı məbləğlərinin 40 faizi miqdarında;

– təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı məbləğlərinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Mənbə: vergiler.az

Sadələşdirilmiş vergi bəyannaməsinin vaxtı: xüsusi məqamlar

1 241 242 243 244 245 246 247 2. 396