DSMF-nin əməkdaşı rüşvət alarkən tutuldu

posted in: Xəbər | 0

DSMF-nin əməkdaşı rüşvət alarkən tutuldu

DSMF-nin əməkdaşı rüşvətAzərbaycanda daha bir vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətlərinin “Report”a daxil olan birgə məlumatında bildirilib ki, əhalinin sosial təminatı sahəsində idarəetmənin təkmilləşdirilməsində, eləcə də ünvanlılıq və şəffaflığın təmin olunması sahəsində həyata keçirilən mütərəqqi addımlara kölgə sala biləcək neqativ amillərə, koronavirus pandemiyası fonunda aztəminatlı vətəndaşlara dövlət tərəfindən ayrılmış sosial yardım paketlərinin təyinatı üzrə çatdırılmasında yol verilən sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə qarşı kəsərli tədbirlər davam etdirilir.

Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdaş rayon Şöbəsində aztəminatlı ailələrə sosial yardımın verilməsi üçün rüşvət tələb edilməsi barədə daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində DSMF-nin Ağdaş rayon şöbəsinin məsləhətçisi Məharət Əhmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərinə zidd olaraq vətəndaşa sosial yardım verilməsinə köməklik göstərilməsi müqabilində onun yaxın qohumundan 1 000 manat pulu rüşvət tələb edərək həmin pulun bir qismini aldığına şübhələr üçün əsaslar müəyyən olunub.
Baş İdarənin əməkdaşları tərəfindən xüsusi texniki vasitələrdən istifadə etməklə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində M.Əhmədov həmin məbləğin qalan hissəsini 21 may 2020-ci il tarixdə rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvətalma) maddəsi ilə cinayət işi başlanıb.

M.Əhmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu tip Asan imza ödənişsiz olacaq

posted in: Xəbər | 0

“Vətəndaş” tipli “Asan İmza” pulsuz olacaq

Asan imzaRəqəmsal iqtisadiyyat mexanizmlərinin təmin edilməsi və əlverişli investisiya mühitinin yaradılması, eləcə də ən son innovasiyaların tətbiqi və əhalinin bu innovasiyalara kütləvi əlyetərliyinin təmin edilməsi üzrə ölkənin dünya liderləri sırasına daxil olması üçün dövlət tərəfindən qarşıya qoyulan məqsədə nail olunmasına dəstək məqsədilə “Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru hesab edilən “B.EST Solutions” şirkəti iyunun 20-dən etibarən “Asan İmza” gücləndirilmiş mobil elektron imza xidmətini respublika vətəndaşları üçün (“Vətəndaş” tipli “Asan İmza” xidməti) 3 il müddətinə ödənişsiz təqdim etmək qərarına gəlib.

Məlumatda deyilir ki, koronavirus (COVID-19) epidemiyası ilə bağlı mövcud vəziyyəti nəzərə alaraq, Azərbaycanda rəqəmsal iqtisadiyyatın sürətli inkişafı və vətəndaşların dövlət və özəl sektorların elektron xidmətlərinə geniş əlyetərliyinin təmin edilməsi zəruridir: “Vətəndaşlar üçün “Asan İmza” xidməti onlara sosial sığorta, pensiyalar, sosial müavinətlər kimi elektron xidmətlərə uzaq məsafədən əlyetərlikdən əlavə nağdsız ödənişlərdən, onlayn kreditləşmələrdən, notariuslardan və s. kütləvi istifadə imkanı yaradacaq. Bu da öz növbəsində şəffaflığı artıracaq, vaxt və resurslara qənaət edəcək və vətəndaşları lazımsız bürokratiyadan azad edəcəkdir. Xatırladaq ki, əvvəllər bu xidmətin aktivləşdirilməsi ödənişli olub, 18 manat təşkil edirdi. Qeyd etmək lazımdır ki, “Asan İmza” xidmətinin sahibkarlar və dövlət qulluqçuları üçün nəzərdə tutulan “Biznes” və “Dövlət” tiplərinin qiyməti, həmçinin “Asan İmza” istifadəçilərinin bütün kateqoriyaları üçün aylıq abunə haqqı dəyişilməz olaraq qalır.

Xüsusilə vurğulayaq ki, “Asan İmza” xidmətini mövcud mobil nömrədə aktivləşdirmək olar və yeni bir nömrənin alınmasına ehtiyac yoxdur”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Onlarla ölkə müflis olmaq ərəfəsindədir

posted in: Xəbər | 0

Onlarla ölkə müflis olmaq ərəfəsindədir

müflisDünyanın onlarla ölkəsi yüksək dövlət borcu və zəif fiskal siyasət üzündən müflis olmaq həddinə çatıblar. Bu haqda ABŞ-ın CNN telekanalı məlumat verib.

Üç ölkə isə artıq bu il ərzində müflis olduqlarını (defolt) elan ediblər. Bunlar Argentina, Ekvador və Livan dövlətləridir. Fitch 2020-ci ilin dörd ayı ərzində 29 ölkənin kredit reytiniqini aşağı salıb, həmin ölkələrdən səkkizi yüksək defolt riskində (“C” diapozonu)  hesab olunurlar. Agentlikdən həmçinin bildirilib ki, daha 20 ölkənin kredit reytinqi də aşağı salına bilər. Defolt ərəfəsi vəziyyətində olan ölkələr bunlardır: Qabon, Mozambik, Konqo Respublikası və Zambiya. Onlara həmçinin Salvador, İrak və Şri-Lanka da qoşula bilər.

Vəziyyət son zamanlarda daha da pisləşib. Beş il ərzində kredit reytinqi ən pis vəziyyətdə olan ölkələr üçün defolt ehtimalı göstəriciləri 38,5%-ə kimi yüksəlib. “C” diapazonunda olan ölkələrdən yalnız beş ölkə defoltdan yayına bilib. Bir çox ölkələr malların, xüsusilə də neft ixracına ümid bəsləyirlər. Lakin, bu xammal növünə olan aşağı tələbat və hədsiz aşağı qiymətlər onların iqtisadiyyatına mənfi təsir göstərməkdə davam edir.

Bundan əvvəl isə 100-dən çox ölkə maliyyə böhranının öhdəsindən gəlmək məqsədilə təcili kredit yardımı ilə bağlı Beynəlxalq valyuta fonduna (BVF) müraciət etmişdi. Təbii ki, bir çox ölkələrin maliyyə vəziyyətinin kəskin pisləşməsində koronavirus pandemiyasının rolu da danılmazdır. Hələ bu virus aşkara çıxarılmazdan öncə onsuz da maliyyə cəhətdən ağır vəziyyətdə olan bir sıra ölkələrə pandemiya çox dəhşətli zərbə vurdu.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müəssisənin ləğvi ilə işdən çıxan işçinin təminatları

posted in: Xəbər | 0

Müəssisənin ləğvi ilə işdən çıxan işçinin təminatları

Bu yazımızda bağlanmış müəssisələrdə çalışan şəxsləri düşünərək faydalı olacaq məsələləri qeyd etməyə üstünlük verdik.

Müəssisə ləğv olduqda işdən bu əsasla ayrılaraq əmək müqaviləsinə xitam verilən işçilərin bir neçə təminatı nəzərdə tutulmuşdur.

1) Əvvəla işçi işdən ayrıldığı ay üzrə faktiki işlədiyi günlərə müvafiq olaraq əmək haqqını almalıdır.

2) Əmək müqaviləsinə müəssisənin ləğv olunması ilə bağlı xitam verilən işçilərə müvafiq olaraq bu iş yerindəki əmək stajından asılı olaraq işdənçıxma müavinəti verilməlidir.

  1. a) 1 ilədək orta aylıq əmək haqqı (son iki aylıq əmək haqqı cəmi üzrə hesablanır)
  2. b) 1-5 ilədək orta aylıq əmək haqqının 1.4 misli
  3. c) 5-10 ilədək orta aylıq əmək haqqının 1.7 misli
  4. d) 10+ ilədək orta aylıq əmək haqqının 2 misli

3) İstifadə edilməmiş və iş ili üçün (əmək müqaviləsi bağlanan gündən növbəti ilin həmin günü olaraq hesablanır) müəyyən edilmiş növbəti əsas əmək məzuniyyəti üzrə məzuniyyət haqqı

4) Müəssisə tərəfindən işçiyə ödənilməli olan əlavə məbləğlər (vurulmuş zərərə görə kompensasiya, ezamiyyətlə əlaqədar ödənilməmiş ezamiyyət haqqı və digər ödənişlər)

5.1) Müqaviləyə xitam verilməzdən əvvəl 12 aydan çox, ümumilikdə 3 ildən çox sığorta stajı (məcburi dövlət sosial sığorta haqqı ödənildikdə yaranır) varsa, işçiyə aşağıdakı qaydada işsizlikdən sığorta ödənişi verilir.

  1. a) 3-5 il sığorta stajı olduqda orta aylıq (işsiz kimi qeydiyyatdan əvvəlki 12 ayın əmək haqqını 12yə bölməklə alınır) əmək haqqının 50%
  2. b) 5-10 il sığorta stajı olduqda orta aylıq əmək haqqının 55%
  3. c) 10+ sığorta stajı olduqda orta aylıq əmək haqqının 60%-i məbləğində.

Qeyd edək ki, bu ödəniş ilk 12 ayın 6 ayında (ilk 2 ay 100%, 3-4-cü ay 80%, 5-6-cı ay 70%) ödənilir.

5.2) Müqaviləyə xitam verilməzdən əvvəl 12 aydan az, lakin ümumilikdə 3 ildən çox sığorta stajı olduqda işçiyə minimum aylıq əmək haqqı məbləğində ilk 6 ay yuxarıdakı nisbətlərə uyğun ödənilir.

Ümumilikdə isə işsizlikdən sığorta ödənişi növbəti il üçün minimum aylıq əmək haqqı məbləğində və 3 ay işsiz olan müddət üçün ödənilir. Həmçinin 18 yaşadək uşağı olduqda yuxarıdakı faizlərə 5% (20%dən çox olmayaraq) əlavə etməklə işsizlikdən sığorta ödənişi verilir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax: Müflisləşmə ilə bağlı vəzifədən azad olunmuş rəhbər şəxslər yenidən rəhbər işçi ola bilərmi?


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun