» » » Onlarla ölkə müflis olmaq ərəfəsindədir

Onlarla ölkə müflis olmaq ərəfəsindədir

posted in: Xəbər | 0
birbank biznes

Onlarla ölkə müflis olmaq ərəfəsindədir

müflisDünyanın onlarla ölkəsi yüksək dövlət borcu və zəif fiskal siyasət üzündən müflis olmaq həddinə çatıblar. Bu haqda ABŞ-ın CNN telekanalı məlumat verib.

Üç ölkə isə artıq bu il ərzində müflis olduqlarını (defolt) elan ediblər. Bunlar Argentina, Ekvador və Livan dövlətləridir. Fitch 2020-ci ilin dörd ayı ərzində 29 ölkənin kredit reytiniqini aşağı salıb, həmin ölkələrdən səkkizi yüksək defolt riskində (“C” diapozonu)  hesab olunurlar. Agentlikdən həmçinin bildirilib ki, daha 20 ölkənin kredit reytinqi də aşağı salına bilər. Defolt ərəfəsi vəziyyətində olan ölkələr bunlardır: Qabon, Mozambik, Konqo Respublikası və Zambiya. Onlara həmçinin Salvador, İrak və Şri-Lanka da qoşula bilər.

Vəziyyət son zamanlarda daha da pisləşib. Beş il ərzində kredit reytinqi ən pis vəziyyətdə olan ölkələr üçün defolt ehtimalı göstəriciləri 38,5%-ə kimi yüksəlib. “C” diapazonunda olan ölkələrdən yalnız beş ölkə defoltdan yayına bilib. Bir çox ölkələr malların, xüsusilə də neft ixracına ümid bəsləyirlər. Lakin, bu xammal növünə olan aşağı tələbat və hədsiz aşağı qiymətlər onların iqtisadiyyatına mənfi təsir göstərməkdə davam edir.

Bundan əvvəl isə 100-dən çox ölkə maliyyə böhranının öhdəsindən gəlmək məqsədilə təcili kredit yardımı ilə bağlı Beynəlxalq valyuta fonduna (BVF) müraciət etmişdi. Təbii ki, bir çox ölkələrin maliyyə vəziyyətinin kəskin pisləşməsində koronavirus pandemiyasının rolu da danılmazdır. Hələ bu virus aşkara çıxarılmazdan öncə onsuz da maliyyə cəhətdən ağır vəziyyətdə olan bir sıra ölkələrə pandemiya çox dəhşətli zərbə vurdu.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun