» » » Bakıda orta aylıq əmək haqqı artıb

Bakıda orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0
birbank biznes

əmək haqları əmək haqqıBakıda orta aylıq əmək haqqı 816 manata yüksəlib.(emek haqqi)

Bu ilin yanvar-iyun aylarında əvvəlki ilin analoji dövrü ilə müqayisədə Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 3,5 faiz artaraq 816,8 manat olub.

Bakı Şəhər Statistika İdarəsinin növbəti hesabatında qeyd olunur ki, bu dövrdə ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Mənbə: vergiler.az