» » » Avropanın aparıcı iqtisadiyyatı rekord həddə eniş etdi

Avropanın aparıcı iqtisadiyyatı rekord həddə eniş etdi

posted in: Xəbər | 0
birbank biznes

Avropanın aparıcı iqtisadiyyatıAvropanın aparıcı iqtisadiyyatı rekord həddə eniş etdi

Almaniyanın iqtisadiyyatı 2020-ci ilin ikinci rübündə əvvəlki rübə nisbətən 10,1 faiz aşağı düşmüşdür. Bu uçotun aparıldığı dönəmdən – yəni, 1970-ci ildən bəri rekord eniş hesab edilir. Bunu Almaniyanın Federal statistika agentliyinin (Destatis) ilkin məlumatları təsdiq edir.

İkinci rübdə həm ixracat, həm məhsul və xidmət idxalı, həm də istehlak xərcləri kəskin şəkildə aşağı düşüb. Yalnız dövlət məsrəfləri artıb. Reuters agentliyi tərəfindən sorğulanan analitiklər, alman iqtisadiyyatının əvvəlki rüblə müqayisədə 9 faiz azalacağını gözləyirdilər.

Avropanın əsas iqtisadiyyatının ÜDM-nin illik ifadədə aprel-iyun aylarında 11,7 faiz aşağı düşmüşdür. Almaniyada işsizlik isə iyul ayında 6,4 faiz səviyyəsində qalıb.

Birinci rübdə ölkənin ÜDM-i 2019-cu ilin son üç ayı ilə müqayisədə 2,2 faiz azalıb. Beləliklə, Almaniya iqtisadiyyatı 2008-2009-cu illərdəki qlobal maliyyə böhranından bəri rekord bir eniş yaşayır.

İyul ayında Aİ liderləri bir neçə gün davam edən danışıqlardan sonra Avropanın iqtisadiyyatını 750 milyard avro məbləğində xilas etmək planını razılaşdıra bilmişdilər. 500 milyard avro məbləöində vəsaitlər koronavirus pandemiyasından zərər çəkmiş ölkələrə qaytarılmayan yardım şəklində ayrılacaq, 250 milyard dollar kreditlərə yönəldiləcək. Həmçinin 2021-2027-ci illər üçün 1,074 trilyon avro həcmində büdcə qəbul edilmişdi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun