» » » Amortizasiya olunmayan aktivlər müəssisənin əmlak vergisinin məqsədləri üçün əsas vəsait sayılmır??? – Ziddiyyətli cavab

Amortizasiya olunmayan aktivlər müəssisənin əmlak vergisinin məqsədləri üçün əsas vəsait sayılmır??? – Ziddiyyətli cavab

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: İstehsal prosesində iştirak etməyən əsas vəsaitə necə əmlak vergisi hesablana bilər?

Cavab: Bildiririk ki, əmlak vergisinin vergitutma obyekti müəssisənin balansında olan əsas vəsaitlərin orta illik dəyəridir. Əsas vəsaitlər dedikdə istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan Vergi Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər başa düşülür.

Amortizasiya olunmayan aktivlər müəssisənin əmlak vergisinin məqsədləri üçün əsas vəsait sayılmır və onların dəyəri müəssisənin əmlakının vergi tutulan dəyəri müəyyən edilərkən hesablamaya daxil edilmir.

Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyərinin toplanaraq ikiyə bölünməsi yolu ilə müəyyənləşdirilir.

Bax: Vergi Məcəlləsinin 13.2.17-ci, 114.2-ci, 197.1.3-cü və 202.0.1-ci maddələri.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az