» » » Mühasibatlıq üzrə təcrübə proqramı

Mühasibatlıq üzrə təcrübə proqramı

posted in: İş elanı, muhasibat, Xəbər | 0
birbank biznes

 

Şirkət Haqqında:

EKVİTA hüquq və vergi sahəsində həm yerli həm də xarici müştərilərə bütün konsultasiya xidmətlərini göstərən bir şirkətdir. Vergi üzrə konsultasiya xidmətləri göstərən və 1999-cu ildə yaradılmış yerli şirkətlə birləşdikdən sonra EKVİTA özündə 10 ildən artıq təcrübəni birləşdirir. Bizim müştərilər iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərilər, belə ki, buraya neft və qaz, dəniz əməliyyatları, bank və maliyyə, İT və telekommunikasiya, tikinti, istehsalat, elektronika və mexanika, konsultasiya, yaradıcı dizayn və reklam sahələrini aid etmək olar. Bizim hüquqşünaslar öz sahələrində etibarlı və təcrübəli peşəkarlar kimi tanınmış və təsdiqlənmiş şəxslərdir. Biz fəxr edirik ki, müştərilərimizə biznes məqsədlərinə yönəlmiş keyfiyyətli xidmət göstəririk.

İş barədə:

• Bank əməliyyatları;
• ƏDV fakturaların təqdim olunması;
• Əmək haqqı hesablama cədvəlinin tərtib olunması;
• 1C mühasibat proqramında əməliyyatların əks olunması;
• Yerli hesabatlar (vergi, sosial, statistik);
• Müxtəlif mühasibat məlumatlarının yoxlanılması;
• Mühasibatlığa dair digər tapşırıqların yerinə yetirilməsi.

İş dövründə təcrübəçi Vergi məcəlləsi və HPBS protokolları, e-banking, e-tax (btp), e-sspf (b1, b3), 1C və digər tələb olunan təlimlərlə təmin ediləcəkdir.

Namizədə dair tələblər:

• Peşəkar kompüter bilikləri;
• Mükəmməl İngilis və Azərbaycan dili bilikləri (Rus dili üstünlük təşkil edir).

Nəzərininzə çatdırırıq ki, təcrübəni uğurla başa vuran təcrübəçilər (bir və ya iki) “Ekvita” MMC şirkəti tərəfindən işə qəbul ediləcəkdir.

Maraqlananlar müraciət formalarını CV (resume)  office@ekvita.com  ünvanına göndərə bilərlər.

Email göndərərkən mövzu (Mühasibatlıq üzrə təcrübəçi) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq.

Mənbə: jobsearch.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az