Sual: Müəsisənin 2017-ci ildə amortizasiya hesablanması qanunvericiliyə əsasən 200 000 manat 2018-ci ildə isə 175 000 manat edir. Lakin 2017-ci il üçün 100 000 manat, 2018-ci il üçün isə 75 000 manat amortizasiya hesablanıb hesabatlara daxil edilib.2019-cu il üçün müəssisə 2017-ci və 2018-ci ildə hesablanmayan amortisayanı hesabalayıb 2019-cu ilin xərcinə sala bilərmi ?
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən, əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı normalar tətbiq edildiyi halda yaranan fərqin sonrakı illərdə gəlirdən çıxılmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.
Əsas: Vergi Məcəlləsinin 114.4-cü maddəsi.
Mənbə: taxes.gov.az