» » » Aksizlər üzrə hesabat dövrü və aksizlərin ödənilməsi

Aksizlər üzrə hesabat dövrü və aksizlərin ödənilməsi

posted in: Vergi | 0
birbank biznes

Vergi Məcəlləsinə əsasən aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. Aksizli mallar idxal edildikdə isə aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulur. Aksizli mallar üzərində vergi nəzarəti aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarını tətbiq etməklə, markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyicilərinin müvafiq binalarında və ya anbarlarında (şəxsi istehlak üçün anbarlar istisna olmaqla) nəzarət postları, ölçü cihazları, plomblar qurmaqla, aksiz üzrə vergi hesab-fakturalarına nəzarət etməklə və digər tədbirlər həyata keçirilməklə aparırlar. Aksiz markaları ilə markalanmalı olan aksizli malların siyahısını, aksiz markalarının yapışdırılması qaydalarını və markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyicilərinin müvafiq binalarında va ya anbarlarında (şəxsi istehlak üçün anbarlar istisna olmaqla) nəzarət postları, ölçü cihazları, plomblar qurmaqla vergi nəzarətinin həyata keçirilməsi qaydalarını Azərbaycan Respublikası Nazirlər Kabineti təsdiq edir.
Belə aksizli malları markasız idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır və əgər bu hal baş verərsə, həmin mallar dövlət nəfınə müsadirə edilir.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az