Pullar Maaşlar ABŞBirləşmiş Ştatlar – bu, mühacirlər tərəfindən inşa edilmiş, insanlar üçün böyük imkanlar yaradan bir ölkədir. Dinamik inkişaf edən iqtisadiyyat, böyük əmək bazarı, layiqli maaşlar, bütün dünyada qiymət verilən yüksək həyat səviyyəsi və keyfiyyətli təhsil müxtəlif ölkələrdən olan insanların Amerikaya köçməsi üçün bir stimuldur. Lakin, köçməyə qərar verməzdən əvvəl, öz imkanlarınızı və işədüzəlmə şansınızı, eləcə də ixtisasınızı təmin edəcək əməkhaqqı səviyyəsini dərk edərəkdən qiymətləndirmək lazımdır.

Amerika əmək bazarının ödəniş xüsusiyyətləri

ABŞ-da ən çox tələbolunan peşələrə yaxşı maaşlar verilməsi ilə bağlı gümanlar səhvdir. Əksinə, əksər hallarda daha aşağı əməkhaqqı ödənilən ixtisaslar sahəsində kadr çatışmazlığı müşahidə olunur. Bu da həmin ixtisaslar üzrə yüksək kadr axını ilə xarakterizə olunur. Bu, həm də onunla izah olunur ki, yüksək əməkhaqqı səviyyəsi olan vakansiyalar nadir hallarda uzun müddət tutulmamış qalır. Çünki belə vəzifələr bir çox amerikalı və xarici mütəxəssisləri özünə cəlb edir.

Aşağı maaşlı peşələrlə əlaqəli vəziyyət isə tamamilə fərqlidir. Belə ki, işəgötürənlər tərəfindən təklif olunan əməkhaqqı çox vaxt işçiləri qane etmir və buna görə də azad iş yerləri yaranır. Çox vaxt fiziki əməyi nəzərdə tutan bu peşələr üçün xüsusi hazırlıq tələb olunmur və minimum təhsilin olması, yetərli hesab edilir.


Daha ətraflı oxumaq üçün aşağıdakı linklərə daxil olun



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Biznes hesabi