» » » 800 manat əmək haqqı ilə Baş mühasib tələb olunur

800 manat əmək haqqı ilə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0
birbank biznes

Green City 800 manat əmək haqqı ilə Baş mühasib axtarır.

İş barədə məlumat:

– Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;

– Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi;

– Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;

– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək;

– Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;

– Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;

– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;

Namizəddən tələblər:

– Ali iqtisadi təhsil

– Dil bilikləri: Azərbaycan dili (əla), rus dili və ingilis dili bilən namizədlərə üstünlük veriləcək

– Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi (tikinti sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)

–  Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli

– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti

– 1C 7.7 və 8.3 rəsmi mühasibatlığın işlənməsi, BTP, B1, B3 proqramları və Forma 2 ilə yüksək səviyyədə işləmə bacarığı

– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı

– Fərdi və kollektivdə işləmə qabiliyyəti.

Cv göndərərkən mövzu hissəsində vakansiyanın adını qeyd etməyiniz xahiş olunur. Xüsusilədə tikinti sahəsində iş təcrübəsi və biliyi olan namizədə üstünlük veriləcək. Göstərilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq, cavab verməyən namizədlərdən Cv göndərməmələri xahiş olunur

İş qrafiki: Bazar ertəsi – şənbə: 09:00-18:00.

Nahar və servis şirkət tərəfindəndir.

Əlaqədar şəxs: Türkan Hacıyeva

Ünvan: Bakı şəhəri Səbail rayonu Salyan şossesi 14-ci km

Telefon: 0772777425

Email: hr@greencity.az

Mənbə: kadr-az.info

 

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.