NUR şirkəti mühasib axtarışındadır.
İşin təsviri:
-Əmək haqqı, müavinətlər, vergilər üzrə ödənişləri hesablamaq və qeydiyyatını aparmaq;
– Vergi, sosial sığorta və s. ödənişləri həyata keçirmək, onlara nəzarət etmək;
– Aylıq, rüblük, illik bəyənnamələri və hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluğa s.) hazırlamaq;
– Maliyyə uyğunsuzluqlarını yoxlamaq və aradan qaldırmaq;
– Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
– DSMF, vergi və s. hesabatların hazırlanması,
– Qanunvericiliklə müəyyən edilmiş qaydada bütün növ mühasibat sənədlərinin hazırlamaq (gündəlik və aylıq müxbirləşmələr, memorial orderlərin, dövriyyə qalıq cədvəlləri, müəssisənin balansı və s. maliyyə hesabatlarının tərtib etmək.)
Həmçinin bax: Mühasib köməkçisi tələb olunur
Namizədə tələblər:
– Ali iqtisadi təhsil
– Rus dili biliyi
– Bu sahə üzrə minimum 1 il iş təcrübəsi;
– Komputer bacarıqları
– Punktual və işinə məsuliyyətli
İş qrafiki: həftənin beş günü, şənbə və bazar günü istirahət
Əmək haqqı (400-500) – müsahibə əsasında namizədin bilik və bacarığına, səriştəsinə əsasən dəyərləndiriləcək.
Uyğun namizədlərdən CV-lərini aydan.mirzeferova@nur.az / info@finstaff.az ünvanına göndərmələri xahiş olunur.