İşəgötürən: Ramco LLC
Vəzifə: Aparıcı Mühasib
İş barədə məlumat
– Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunu təşkil edir;
– Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanmasını təmin edir;
– Hesabat-uçot işlərinin müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak edir;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin edir;
– Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
– Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirir;
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət edir;
– Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak edir;
– Banklarla əlaqənin düzgün qurulması və bank məhsullarını (kredit, akkreditiv, bank zəmanətləri və s.) sifariş etməyi təşkil edir;
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Namizədə tələblər
– Ali iqtisadi təhsil (Mühasibatlıq sahəsində təhsil arzuolunandır);
– Ən azı 3 il iş təcrübəsi (İstehsalat, satış);
– Mühasibatlıqla bağlı mükəmməl qanunvericilik bilikləri;
– Azərbaycan dili sərbəst, Rus və İngilis dilində yaxşı səviyyədə danışmaq;
– Microsoft Office və 1C proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
– Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
– Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti və güclü məntiqi biliklərə malik olmalıdır
Əmək haqqı: 1200 AZN
İş qrafiki:
– Bazar ertəsi – Cümə: 8:30 – 17:30
– Şənbə : 10.00 – 16.00
Maraqlanan namizədlər mövzu yerində “Aparıcı mühasib” yazmaqla öz CV-lərini hr-cv@ramco.az / info@finstaff.az ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər ilkin müsahibəyə dəvət olunacaqlar.
Mənbə: muhasibat.az