» » » Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət kimlərə 100 faiz miqdarında verilir?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət kimlərə 100 faiz miqdarında verilir?

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət kimlərə 100 faiz miqdarında verilir?

əmək məzuniyyəti müavinət1. 12 il və daha çox sosial sığorta stajı olan işçilərə;

2. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə;

3. Əfqanıstan müharibəsində, 1990-cı ilin yanvar ayında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı xəsarət (yaralanma, travma, kontuziya) şəxslərə, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı zərər çəkənlərə;

4. Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində iştirak edən şəxslərə, bu zaman həlak olanların, ölənlərin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına, habelə bu hadisələrdə iştirak edən hərbi qulluqçuların (o cümlədən müddətli xidmət hərbi qulluqçularının) arvadlarına; Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olanların valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına; Xidməti vəzifələrinin icrası zamanı həlak olan, ölən ədliyyə, miqrasiya və fövqəladə hallar orqanları işçilərinin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına;


9 Oktyabrda başlayacaq “Əlavə Dəyər Vergisi üzrə nəzəri və praktiki təlim”


5. 1986—1990-cı illər Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğv edilməsində, yaxud həmin dövrdə Çernobıl AES-nin istismarında və ya digər işlərdə iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş, yaxud ezam edilmiş) şəxslər, habelə xüsusi toplanışlara çağırılmış və həmin dövrdə görülən işin növündən və yerindən asılı olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin görülməsinə cəlb edilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, habelə köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyətinə;

6. Qanyaradıcı orqanların (kəskin leykoz), qalxanvari vəzinin (adinoidlər, xərçəng), bəd xasiyyətli şişlərin xəstəliyi zamanı;

7. 14 yaşınadək uşaqların Çernobıl AES-də qəzanın ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş valideynlərdən birinə iş stajından asılı olmayaraq, xəstə uşağa baxmağa görə;

8. Əmək qabiliyyətini postvaksinal fəsadla əlaqədar itirən vətəndaşlara;

9. Hemofiliya və talassemiya irsi qan xəstəliyi olan, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə;

10. Qan və qan komponentlərinin donorluğu funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərə;

11. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) arvadlarına, məcburi köçkünlərə və vərəm xəstəliyinə tutulmuş şəxslərə;

12. Onkoloji xəstələrə;

13. Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda, ona qanunvericiliklə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək onun valideynlərindən birinə və ya qanuni nümayəndəsinə.


Mənbə: sosial.gov.az


Kredit götürərkən sığortalanmağın faydaları

Əmək vəzifələrinin kobud pozuntusu halı və işçi hüquqları

Torpaqların və tikililərin vergi uçotuna alınması

Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar

Xarici ölkədə çalışan Azərbaycan vətəndaşı hansı hallarda öz ölkəsində gəlir vergisi ödəməlidir?

Həyatın yığım sığortasına yönəldilən gəlirlər işsizlikdən sığorta haqlarından azad olunur?



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun