» » » Dünyada yeni avtomobil nəhəngi peyda olub

Dünyada yeni avtomobil nəhəngi peyda olub

posted in: Xəbər | 0
birbank biznes

avtomobil nəhəngiPSA Group (Peugeot-Citroen) və Fiat Chrysler Automobiles (FGA) avtomobil istehsalçıları birləşmə əməliyyatını tamamlayıblar. Nəticədə dünyada ən nəhəng avtomobil istehsalçılarından biri – Stellantis NV peyda olub.

Stellantis dünyada dördüncü ən böyük avtomobil nəhəngi olacaq və ildə 8,7 milyon avtomobil istehsal edə biləcək. Bu birlik şirkətlərə hər il beş milyard avroya qənaət etməyə imkan verəcəkdir. Yeni şirkətə PSA Group-un baş direktoru Karlos Tavares rəhbərlik edəcək. Yeni şirkətin səhmləri ilə Milan, Nyu-York və Paris birjalarında ticarət olunacaq.

İtaliya Maliyyə Nazirliyi ötən ilin iyun ayında FCA-ya avtomobil nəhəngini iflasdan xilas etmək üçün rekord həcmdə – 6,3 milyard avro məbləğində kredit verib. Kredit, COVID-19 pandemiyasının başlanılmasından bəri Avropadakı bütün  avtomobil istehsalçıları tərəfindən alınan ən böyük kredit idi. Vəsaitlər işçilərin əməyinin, təchizatçıların xidmətlərinin və həmçinin milli filiala planlaşdırılan investisiyaların ödənilməsinə yönəldilib.

Fiat Chrysler, Alfa Romeo, Chrysler, Dodge, Jeep, Lancia, Ram Trucks markalarına, PSA isə Peugeot, Citroen, DS, Opel və Vauxhall markalarına sahibdir. Yalnız Volkswagen, Nissan-Renault-Mitsubishi və Toyota Motor yeni alyansdan daha çox avtomobillər satır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun