» » » Xidməti müqavilə ilə işləməyə – Məhdudiyyət Qoyulacaq

Xidməti müqavilə ilə işləməyə – Məhdudiyyət Qoyulacaq

posted in: Uncategorized | 0
birbank biznes

Xidməti müqavilə ilə işləməyə – MƏHDUDİYYƏT QOYULACAQ

xidməti müqavilə

Azərbaycanda bəzi sahələrdə mülki-hüquqi müqavilə (xidməti müqavilə) ilə işləməyə məhdudiyyət qoyulması gözlənilir. Verilən məlumata görə, artıq bununla bağlı təkliflər hazırlanıb və hökumətdə baxılır.

Təkliflərdə, indiyədək bəzi hallarda vergidən yayınmaq üçün istifadə edilən xidməti müqavilələrlə bağlı məhdudiyyətlərin qoyulması nəzərdə tutulur.

Bu təkliflərdə mülki-hüquqi müqavilə ilə işləyənlər üçün qaydalar və tələblər müəyyən edilib. Tələblər göstərilən xidmətlərin çeşidinə, müqavilə ilə işləyənlərin iş rejiminə və fəaliyyət formasına, xidmətlərin ödənilməsi qaydalarına, müqavilənin müddətinə aiddir.

Xidməti müqaviləni bir neçə aydan artıq bağlamaq da mümkün olmayacaq, eləcə də müqaviləni sonradan uzatmağa da icazə verilməyəcək. Hər halda belə hallar qarşısının alınması üçün nəzarət ediləcək.

Kimlər xidməti müqavilə ilə işləyə biləcək?

Təkliflərdə işçilərin xidməti müqavilə ilə cəlb edilməsinə icazə verilən sahələrin təqribi siyahısı da yer alır. Bura müvəqqəti kompüter xidmətləri, aqrar xidmətlər, təmri işləri və sair aiddir: «Məsələn 1-2 ay müddətində İT xidmətlərinin göstərilməsi, kompyuterlərin təmiri, santexnika və ya aqrotexniki xidmətlər və sair».

Bundan başqa, qaydaya görə, xidməti müqavilə ilə işləyənlərlə sifarişçilər arasında heç bir əmək müqasibəti olmamalıdır. Yəni iş rejimi, tabeçilik olmamalı, aylıq fiksə olunmuş əmək haqqı ödənilməməlidir. Ödəniş yalnız bütün işin həcminə uyğun müəyyən edilməlidir.

Bununal yanaşı, mülki müqavilə ilə işləyənlərin vergiyə cəlb edilməsi forması dəyişməyəcək. Gəlir vergisi (illik 5%) və aylıq DSMF ödənişləri indi olduğu kimi qalacaq.

Mənbə: fed.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
xidməti müqavilə