» » » Azərbaycanda xeyriyyəçiliklə bağlı qanun layihəsi hazırlanacaq

Azərbaycanda xeyriyyəçiliklə bağlı qanun layihəsi hazırlanacaq

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycanda xeyriyyəçilik ilə bağlı qanun layihəsi hazırlanacaq

xeyriyyəçilik“Milli Məclisin payız sessiyasında “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsini hazırlamağı düşünürük”.

Bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O qeyd edib ki, xeyriyyəçilik fəaliyyəti çox vacib bir sahədir:

“Xüsusilə də Heydər Əliyev Fondunun bu sahədə kifayət qədər təcrübəsi var. Biz bunun qanunvericilik əsaslarını da yarada bilərik”.

M.Quliyev bildirib ki, yeni qanun layihəsinin hazırlanması üçün işçi qrup yaradılacaq: “Həmin işçi qrup tərəfindən dünya təcrübəsi öyrəniləcək. Qanun layihəsində xeyriyyəçiliyin təbliğ olunması, stimullaşdırılması, xeyriyyəçilik fəaliyyəti göstərən özəl qurumlara müəyyən vergi güzəştlərinin, imtiyazlarının verilməsi kimi məsələlər nəzərdə tutula bilər”.

Komitə sədri qeyd edib ki, sessiya çərçivəsində həmçinin “Turizm haqqında” qanun layihəsinin üzərində də işlər aparılacaq.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun