» » » Xaricdə qazandığımız pullardan Vergilər Nazirliyinin xəbəri olacaq

Xaricdə qazandığımız pullardan Vergilər Nazirliyinin xəbəri olacaq

posted in: Vergi, Xəbər | 0

pul“Azərbaycan tərəfdaş ölkələrə emal olunmuş maliyyə məlumatlarını bu ilin sentyabrında təqdim edəcək”.

Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov Tbilisidə vergilər sahəsində beynəlxalq əməkdaşlığa həsr olunmuş regional forumda çıxışında deyib.

O bildirib ki, Maliyyə Nazirliyi 2017-ci ilin iyununda maliyyə hesabatları barədə  məlumatların avtomatik mübadiləsi barədə deklarasiya imzalayıb: “Sənədin imzalanmasından sonra bir il ərzində maliyyə məlumatları ilə mübadilənin aktivləşdirilməsi istiqamətində lazımı mərhələlərdən keçilib. Prosedurları başa çatdırmaq və məlumat mübadiləsinin 2019-cu ildə həyata keçirilməsi imkanı olsa da, mübadilə artıq 2018-ci ilin sentyabrında həyata keçiriləcək”.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Nazir müavini qeyd edib ki, hazırda Azərbaycan yalnız ABŞ-la maliyyə məlumatlarının avtomatik mübadiləsi həyata keçirilir və bu sahədə müsbət nəticələr əldə olunub.

Biznes hesabi

S. Ələkbərov vurğulayıb ki, bir ölkə rezidentləri tərəfindən digər ölkə ərazisində əldə etdiyi bütün növ gəlirlər barədə avtomatik mübadilə üzrə yeni standartların hazırlanması barədə düşünmək zamanı yetişib: “Bu, dövlət tərəfindən idarə olunan ərazilərdə qeyri-qanuni gəlirlərin əldə olunmasının qarşısını ala bilər”.

Qeyd edək ki, ümumi Hesabatlılıq Standartı (Common Reporting Standard – CRS) vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən xarici şəxslərin oradakı maliyyə institutlarında olan hesabları haqqında məlumatların toplanması və həmin şəxslərin rezident olduqları dövlətlərlə avtomatik mübadiləsinin vahid prinsiplərini tənzimləyir. Bu standart 2014-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən hazırlanıb.

Maliyyə məlumatlarının mübadiləsi Avropa Şurası və OECD-nin “Vergi məsələlərində qarşılıqlı inzibati yardım haqqında” çoxtərəfli Konvensiya əsasında aparılır. Azərbaycan bu Konvensiyanı 2003-cü ildə, ona düzəlişlər edilməsi haqqında Protokolu isə 2014-cü ildə imzalayıb. Konvensiya 105 ölkə ilə vergi məqsədləri üçün məlumat mübadiləsinin aparılmasına imkan verir.

Konvensiyanın 6-cı maddəsi avtomatik məlumat mübadiləsinin aparılmasını, yəni vergi ili bitdikdən sonra konvensiyanın üzvü olan bir dövlət tərəfindən digər üzv dövlətin fiziki və hüquqi şəxslərinin həmin dövlətdəki maliyyə institutlarında olan hesabları və əməliyyatları haqqında məlumatların ümumiləşdirilərək digər dövlətə göndərilməsini nəzərdə tutur.

Mənbə: www.muhasibat.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.