» » » Vergiləri STP terminalları vasitəsilə ödəmək mümkün olacaq

Vergiləri STP terminalları vasitəsilə ödəmək mümkün olacaq

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergiləri STP terminalları vasitəsilə ödəmək mümkün olacaq.


Sumqayıt Texnologiyalar Parkının istehsal etdiyi ödəmə və bilet terminalları, eləcə də növbə və informasiya köşkləri “STP Terminal” brendi ilə təqdim olunacaq.

Bu günə qədər Sumqayıt Texnologiyalar Parkı Vergilər Nazirliyi, Gömrük Komitəsi kimi dövlət qurumlarını, “Kapital Bank”, “Rabitəbank” və “Easypay” kimi özəl şirkətləri müxtəlif terminal və köşk tipli məhsullarla təmin edib. STP terminalları ölkəmizə idxal olunan bənzər məhsullarla müqayisədə bir sıra üstünlüklərə malikdir: terminalların karkas və konstruksiyası müştərinin istəyinə əsasən dizayn edilə, həmçinin sifarişçi şirkətin korporativ rənglərinə uyğun olaraq rənglənə bilir.

Bunlarla yanaşı, terminalların metal karkasını dözümlülük və təhlükəsizlik məqsədlərilə müxtəlif qalınlıqda hazırlamaq mümkündür. Terminalların texniki baxışını da STP həyata keçirir. Ən əsası isə yerli istehsal olan STP terminallarının qiymətləri xarici analoqları ilə müqayisədə daha münasibdir.

Maliyyə-bank sektorunda xidmət haqqı, satış, vergi və digər ödəmələr; nəqliyyat, idman, əyləncə sektorlarında bilet satışı; təhsil və səhiyyə sahələrində bir sıra digər məqsədlər üçün terminalların tətbiqi olduqca faydalıdır.

Bu terminallardan informasiya təqdim etmək məqsədilə də istifadə oluna bilər: terminallar müraciətçilərə müəssisə haqqında yazılı məlumat təqdim etmək, müxtəlif layihə və tədbirlərin foto və videolarını göstərmək, bu və ya digər xidmətdən yararlanmaq üçün məlumatlandırıcı xüsusiyyətə də malikdir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.