» » » Vergilər Nazirliyinə yeni səlahiyyət verilib

Vergilər Nazirliyinə yeni səlahiyyət verilib

posted in: Vergi, Xəbər | 0

imtahan Vergilər naziriVergilər Nazirliyinə yeni səlahiyyət verilib.

Sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Vergilər Nazirliyindən daxil olan məlumat əsasında aparılacaq.

Nazirlər Kabineti bununla bağlı “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nda dəyişiklik edib.

Qüvvədə olan Qaydaya əsasən, sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydasının icrasına nəzarəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun  orqanları həyata keçirirlər. Fondun orqanları bu nəzarəti məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarına və məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu qaydalarına uyğun həyata keçirirlər.

Dəyişikliyə əsasən, sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydasının icrasına nəzarəti Fondun orqanları və və vergi orqanlar həyata keçirəcəklər. Fondun orqanları və və vergi orqanlar bu nəzarəti sığortaedənlərin və sığortaolunanların uçotu qaydasına uyğun həyata keçirəcəklər.

Mənbə: apa.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergiler vergilər