» » » Vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə bağlı online məlumatlandırma tədbiri keçiriləcək

Vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə bağlı online məlumatlandırma tədbiri keçiriləcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi məcəlləsiYanvarın 31-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə kiçik və orta biznes nümayəndələri üçün “Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər və tətbiq olunan yeniliklər” mövzusunda onlayn maarifləndirmə tədbiri keçiriləcək. KOBİA-dan bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə təşkil olunacaq onlayn tədbirdə sahibkarlar Vergilər Nazirliyinin nümayəndələri tərəfindən vergi sahəsində dövlət siyasəti və Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər barədə məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaq. (vergi məcəlləsi)

Onlayn tədbirə ölkənin istənilən yerindən internet vasitəsilə (kompüter, planşet və mobil telefondan istifadə etməklə) qoşulmaq mümkündür. KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB dostları onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcək.

Onlayn maarifləndirici tədbirlə bağlı daha ətraflı məlumatı buradan əldə etmək olar.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi məcəlləsi