Gəlir və mənfəət vergisi ödəyiciləri tərəfindən
2018-ci ilin 2-ci rübü üzrə hesablanmış cari ödəmələr iyul ayının 16-dan gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.
2018-ci ilin iyun ayına görə vergi ödəyiciləri tədiyəçisi olduqları
- Əlavə dəyər vergisi bəyannaməsini,
- Aksiz bəyannaməsini,
- Yol vergisi bəyannaməsini,
- Mədən vergisi bəyannaməsini,
- Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və
- Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini
cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.
- Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan Sadələşdirilmiş verginin bəyannaməsi cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
2018-ci ilin 2-ci rübünə görə vergi ödəyiciləri tədiyəçisi olduqları
- Sadələşdirilmiş verginin bəyannaməsini və
- Ödəmə mənbəyində tutulan vergi bəyannaməsini
cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və rüb üzrə hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.
- Cari ilin 2-ci rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla)
cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və iyun ayı üzrə hesablanmış vergini həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.
(ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ilin yanvar ayının 31-dən gec olmayaraq təqdim edirlər).
- Xüsusi notariusların gəlir vergisi bəyannaməsi
cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və iyun ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
- Dövlət rüsumu haqqında hesabat
cari ilin iyul ayının 20-dək vergi orqanına təqdim edilməlidir (notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür).
***
Gəlir və mənfəət vergisi üzrəcari vergi ödəmələrinin son müddəti qeyr-iş günü ilə əlaqədar iyul ayının 15-dən 16-na keçirilmişdir.
Mənbə: taxes.gov.az