» » » 3 il vergi ödəmədiyinə görə bu təşkilatı cərimələyiblər

3 il vergi ödəmədiyinə görə bu təşkilatı cərimələyiblər

posted in: Vergi, Xəbər | 0
birbank biznes

         İcbari Sığorta Bürosu 3 il vergi ödəmədiyinə görə cərimələnib. cərimə

2018-ci il ərzində İcbari Sığorta Bürosu vergi orqanları tərəfindən əlavə sanksiyalar və bank hesablarından əlavə tutulmaların qarşısını almaq məqsədilə 2017-ci və 2018-ci illər üçün vergi orqanlarına “mənfəət vergisi” qismində cəmi 1 502 450 manat ödəyib.

2017-ci il ərzində vergi orqanları mənfəət vergisi və əvvəlki 3 il ərzində mənfəət vergisinin ödənilmədiyinə görə cərimə olaraq Büronun bank hesablarından cəmi 5 485 284 manat tutub.

Vergi qanunvericiliyinə əsasən, Büro özünü mənfəət vergisi ödəyicisi saymırdı və bu səbəbdən məsələ vergi apelyasiyası səviyyəsində həll edilmədiyi təqdirdə tutulmuş məbləği geri qaytarmaq iddiası ilə məhkəməyə müraciət etmək qərarı verib.

Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
cərimə