Bu gün Milli Məclisin plenar iclasında “ Vergi Məcəlləsi ”nə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Məcəllənin 190-cı (Aksiz malların siyahısı və vergi dərəcələri) maddəsinin 3-cü bəndinə dəyişiklik edilir.
Dəyişiklik layihəsinə görə, Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlara və siqarillalara (nazik siqarlar) tətbiq edilən vergi dərəcəsi artırılır.
Belə ki, Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 20 manat vergi tutulacaq.
Qeyd edək ki, indiyədək Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 10 manat vergi tutulub.
Milli Məclis qanun layihəsinə dəyişikliyi təsdiq edib.
Mənbə: apa.az