» » » Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi

posted in: Xəbər | 0
birbank biznes

Vergi Məcəlləsinə dəyişikliklər I oxunuşda qəbul edilib.

Vergi MəcəlləsiMilli Məclisin bu gün keçirilən iclasında “Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanun layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliklər barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ətraflı məlumat verib.

Daha sonra çıxış edən millət vəkili Əli Məsimli bildirib ki, indi təqribən 100 milyon manata başa gələn bir şey sonra 500 milyona başa gələcək: “Ona görə də təklif edirəm ki, mənfəət və gəlir vergisi ödəyənlərə də 100 faiz güzəşt tətbiq edilsin”.

Deputat Azər Badamov təklif edib ki, sadələşdirilmiş verginin çərçivəsi 50% artırılsın.

Millət vəkili Vüqar Bayramov isə təklif edib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ödəniş etmiş sahibkarların ödədikləri məbləğ onların xərcləri sayılsın və buna görə də güzəşt əldə edə bilsinlər.

Qanun layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun