» » » Vergi hesabatları və bəyannamələrin hazırlanması xidməti

Vergi hesabatları və bəyannamələrin hazırlanması xidməti

posted in: Vergi, Xəbər | 0

Xidmətin mahiyyəti

Hesabatlar üzrə aparılan təhlil müəssisələrin maliyyə vəziyyətini düzgün qiymətləndirmək və vergi öhdəliklərinin icrasını təmin etmək üçün son dərəcə vacib prosesdir. Bu prosesdə vergi hesabatları və bəyannamələrin hazırlanması böyük əhəmiyyət kəsb edir. Kifayət qədər mürəkkəb və məsuliyyətli olan bu işin düzgün aparılmaması ciddi maliyyə itkilərinə səbəb olur. Belə hallarda Audit.Az kimi şirkətlər yada düşür.

Uzun müddət əməkdaşlıq etdiyimiz bu konsaltinq şirkəti vergi hesabatları və bəyannamələrin hazırlanması üzrə ixtisaslaşmış xidmətlər paketi  təklif edir. Onun peşəkar komandası mövcud qanunvericilik üzrə bilikləri və təcrübəsi sayəsində müştərilərinə ən yüksək keyfiyyətli xidmət göstərməyə qadirdirlər.

Bu xidmətdən yararlanmaqla siz:

  • biznesinizin vergiyə uyğunluğunu təmin edə;
  • maliyyə hesabatlarının verilməsi prosesini sadələşdirə;
  • diqqətinizi digər mühüm biznes fəaliyyətlərinə yönəldərək vaxtınızdan səmərəli istifadə edə bilərsiniz.

Vergi hesabatlarının idarə edilməsində peşəkar dəstək üçün belə etibarlı tərəfdaşla işləmək biznesinizin maliyyə cəhətdən sağlam olmasını və inkişaf hədəflərinizə nail olmanı təmin edəcək.

Biznes hesabi

Əlavə olaraq, Bakıda konsaltinq xidmətləri bazarının təcrübəli iştirakçısı olan şirkətin “Bəyannamə və hesabatların hazırlanması” kursuna da qeydiyyatdan keçə bilərsiniz.

Vergi hesabatları və bəyannamələrin hazırlanması xidməti niyə önəmlidir?

Kommersiya təşkilatları və fərdi sahibkarlar vahid dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra Vergi Məcəlləsinə uyğun vergi hesabatları və bəyannamələrin hazırlanması vacibdir. Onlar qanunvericiliklə müəyyən edilmiş müddətlərdə Dövlət Vergi Xidməti orqanlarına təqdim edilməlidir. Həmçinin, vahid dövlət reyestrində qeydiyyatdan keçmiş istənilən hüquqi və fiziki şəxs tərəfindən vergi hesabatları və bəyannamələrin hazırlanması xidmətinə ehtiyac yarana bilər.

Vergi hesabatları və bəyannamələrinin təqdim edilməsi, müxtəlif vergi arayışları və ərizə formalarının tərtibi İnternet Vergi İdarəsi portalında həyata keçirilir.

Vaxtında verilməyən hesabat maliyyə sanksiyaları şəklində əlavə xərclər, inzibati cərimələr deməkdir.

Əgər vergi hesabatlarını hazırlanması zamanı çətinliklər yaşayırsınızsa,  Audit.Az konsaltinq şirkəti sizə kömək edər!

Konsaltinq şirkəti uçotun müxtəlif istiqamətlərini əhatə edən xidmətlər təklif edir. Buraya mühasibat, vergi, kadr uçotu, şirkət qeydiyyatı və digər xidmətlər daxildir.

Bəyannamələrin hazırlanması üçün hansı sənədlər tələb olunur?

İşə başlamaq üçün şirkətin peşəkar əməkdaşları biznesinizin xüsusiyyətləri ilə tanış olacaq, hesabat dövründə təşkilatın fəaliyyətini öyrənəcəklər. Bu zaman onlar şirkətin gəlir və xərclərini, göstərilən xidmətlərin və ya görülən işlərin siyahısını təsdiq edən sənədlər paketini toplayır, təhlil edir, lazımı nəticələr edirlər. Bəyannamələrin hazırlanması zamanı lazım olacaq sənədlərə bunları nümunə göstərmək olar:

  • sahibkarlıq subyektində olan vergi;
  • əvvəlki dövrlər üçün vergi bəyannamələri;
  • işlənmiş mədaxil və məxariclərə dair sənədlər;
  • vergi ödənişlərinə dair sənədlər;
  • alqı-satqı müqavilələri;
  • təhsil və ya tibbi xidmətlər üçün müqavilələr;
  • əvvəl götürülmüş kreditin ödənilməsi barədə sənədlər;
  • digər maliyyə sənədləri.

Əgər vergi bəyannamələrinin hazırlanması ilə bağlı əlavə suallarınız varsa, Əlaqə saxlamaqdan çəkinməyin. Şirkətin əməkdaşları sizin suallara cavab verər.

Xidmətini necə sifariş etmək olar?

Audit.Az konsaltinq şirkəti ilə əməkdaşlıq üçün aşağıdakı addımları atmaq lazımdır:

  • Audit.Az saytına daxil olun;
  • Vergi xidmətləri bölməsindən təklif olunan xidmətlər haqqında məlumat əldə edin;
  • Daha sonra, bu nömrələrdən birinə zəng edin: +99412 310 09 29 və ya +99412 598 37 98.

Müştəri xidmətləri ilə əlaqə saxlamaq üçün WhatsApp-a (+99450 285 80 89) yazın yaxud “Geriyə zəng” xidmətindən də istifadə etmək olar.

Müştəri xidmətləri ilə əlaqə saxladıqdan sonra, qarşılıqlı faydalı əməkdaşlıq üçün ilk addımları müzakirə edə bilərsiniz.

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşib