» » » Cari ildə büdcəyə vergi daxilolmaları proqnozu üstələyib

Cari ildə büdcəyə vergi daxilolmaları proqnozu üstələyib

posted in: Xəbər | 0
birbank biznes

Cari ildə büdcəyə vergi daxilolmaları proqnozu üstələyib.

vergi daxilolmaları

Yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti büdcəyə 2 milyard manatdan çox vəsait daxil edib.
Bu barədə Maliyyə Nazirliyinin ilin ilk rübündə dövlət büdcəsinin icrasına dair yaydığı açıqlamada deyilir.
Bildirilir ki, 3 ayda Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 39,9 milyon manat vəsait daxil olub, bu da proqnoza nisbətən 221,2 milyon manat və ya 12,2 faiz çoxdur. Həmin vəsaitin 68,5 faizi və yaxud 1 milyard 396,4 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 244,5 milyon manat və ya 21,2 faiz çoxdur.
Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun