» » » Azərbaycanda valyuta rejiminin liberallaşdırılmasının səbəbi açıqlandı

Azərbaycanda valyuta rejiminin liberallaşdırılmasının səbəbi açıqlandı

posted in: Xəbər | 0
birbank biznes

valyuta rejimi“Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta rejimini liberallaşdırması “çirkli pulların yuyulması”nın qarşısını almaq məqsədi daşıyır”.

Bunu jurnalistlərə açıqlamasında AMB sədrinin I müavini Alim Quliyev bildirib.

“Bu gün Azərbaycanın tədiyyə balansı kifayət qədər profisitlidir. İdxala, valyuta rejiminə nəzarətlə bağlı ciddi islahatlar aparılıb. Odur ki, belə bir qərar qəbul olundu. Bu gün hər bir vətəndaş 10 min ABŞ dollarına qədər vəsaiti ölkədən rahat çıxara bilər. Odur ki, valyuta rejimi həmin məbləğdən çox olan əməliyyatlara tətbiq olunur”, – o deyib.

Bundan başqa, AMB rəsmisinin sözlərinə görə, 2019-cu ildə banklar valyuta rejimi ilə bağlı tənzimləyici quruma 13 minə yaxın müraciət ünvanlayıb: “Bunlardan 8 mini məhkəməyə göndərilib və 5 minə yaxını ilə bağlı inzibati cəza (cərimə) tətbiq edilib”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti fevralın 20-də “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklikləri təsdiqləyib.

Həmçinin bax: “Milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları”na dəyişikliklər təsdiq olunub

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun