Vakansiya: Mühasib / İşəgötürən: Web Studio AVANTGARDE
Əmək Haqqı: 700 – 800 AZN
Ümumi məlumat
- Kateqoriya: Maliyyə və Mühasibat
- Alt kateqoriya: Mühasibat
- Şəhər: Bakı
- Yaş: 23 – 60 yaş
- Cins: Fərqi yoxdur
- Təhsil: Ali
- İş təcrübəsi: 3 ildən 5 ilə qədər
- Əlaqədar şəxs: Elvin bəy
- Telefon: (055) 215-45-85 / (012) 409-34-66
- E-mail: office@webdizayn.az / info@finstaff.az
- Elanın bitmə tarixi: 17.06.2019
Vakansiya barədə məlumat
– Alış və satış qaimələrinin gündəlik 1C proqramına daxil edilməsi, nəzarəti, yaranan problemlərin araşdırılması və aradan qaldırılması
– Gündəlik, həftəlik, aylıq daxili hesabatların hazırlanması
– Kompüterdə mühasibatlıq işlərinin aparılması
– Məhsul və materialları üçün bazanın saxlanması
– Həftəlik, aylıq satış hesabatlarının hazırlanması
– Daxili sənədləşmənin izlənilməsi
– Kadr işləri
– Məşğulluq və Statistika idarəsinə hesabatların hazırlanması
– DSMF hesabatlarının hazırlanması
– Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
– Bütün növ məzuniyyət və ezamiyyələrin hesablanması
– Həftədə 6 iş günü
– İş vaxtı: 09:00-dan 19:00-dək
– İstirahət günü: Bazar günü
Mühasib üçün tələblər
– Ali-peşə təhsil (maliyyə, mühasibat uçotu)
– Maliyyə və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
– MS Office(xüsusillə Excell), 1C 8.3, e-gov,e-taxes və digər portallardan istifadə etmək
– Bütün növ (vergi, DSMF, Statistika və Məşğulluq) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
– Vergi, əmək qanunvericiliyi barədə biliklər (Vergi Məcəlləsinə edilmiş son dəyişiklikləri bilməli)
CV e-mail vasitəsilə göndərilməlidir. İş 01.08.2019 tarixdən başlıyır.