Vakansiya: Maliyyə Şöbəsinin Mühasibi / İşəgötürən: AİR Group
Əmək Haqqı: 800 – 1000 AZN
Ümumi məlumat
- Şəhər: Bakı
- Yaş: 25 – 35 yaş
- Cins: Fərqi yoxdur
- Təhsil: Ali
- İş təcrübəsi: 5 ildən artıq
- E-mail: hr@airgroup.az / info@finstaff.az
- Əlaqədar şəxs: HR Department
- Kateqoriya: Maliyyə və Mühasibat
- Alt kateqoriya: Mühasibat
- Elanın bitmə tarixi: 11.05.2019
Vakansiya barədə məlumat
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
– MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri)
– 1C proqramları ilə işləmək bacarığı
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq dövlət orqanlarına göndərilməsi
– Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması
– Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması
– Vergi orqanları ilə yazışmalar
– Vergi uçotunun aparılması, vergi bəyənnamələri və hesabatlarının hazırlanması və təqdim edilməsi, vergi orqanları ilə hesablaşmaların həyata keçirilməsi, vergilərin vaxtında hesablanması və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi
– DSMF, Statistika və Məşğulluq hesabatlarının hazırlanması və təqdim edilməsi,
– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi,
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
Maliyyə Şöbəsinin Mühasibi üçün tələblər
– Ünsiyyət qurma bacarığı olmalı;
– Məsuliyyətli və təşəbbüskar olmalı;
– Diqqətli və punktual olmalı;
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti,
– Kollektivlə işləyə bilməli və özünü təkmilləşdirməli;
– Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
– MS Office proqramlarını mükəmməl bilməli;
Göstərilən tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini mövzu yerində Maliyyə şöbəsinin mühasibi yazmaqla hr@airgroup.az və info@finstaff.az elektron ünvanına göndərə bilərlər.
Mənbə: kadr.az