» » » Böyük Mühasib tələb olunur

Böyük Mühasib tələb olunur

birbank biznes

vakansiya Böyük MühasibVakansiya: Böyük Mühasib / İşəgötürən: Samiramis firması

Vakansiya barədə məlumat

– Mühasibat və vergi uçotunun aparılması;
– Mal-Material uçotunun aparılması;
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
– Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
– Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması;
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək;
– İşçilərlə hesablaşmaların təmin edilməsi;
– Bank əməliyyatlarının həyata keçirilməsi;
– Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
– Aylıq maliyyə hesabatlarının  hazırlanması və rəhbərliyə təqdim edilməsi;
– Mənfəət  və  ya  Zərər  haqqında  hesabat   hazırlanması   və rəhbərliyə təqdim edilməsi;
– Maliyyə   vəziyyəti  haqqında  hesabat  hazırlanması  və rəhbərliyə təqdim edilməsi;
– Pul  vəsaitlərinin  hərəkəti  haqqında  hesabat  hazırlanması  və  rəhbərliyə təqdim edilməsi;
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş  müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
– Vergi, DSMF, Statistika, Məşğulluq idarəsinə bütün   hesabatların   müvafiq  proqramlarda  hazırlanması və  onlayn  təqdim edilməsi;
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab – Fakturaların tərtib olunması və göndərilməsi;
– Elektron hökumət portalında “Əmək və Əhalinin sosial müdafiə Nazirliyi” bildiriş   bazasında  kadrlarla bağlı işə qəbul, xitam və digər   əməliyyatların aparılması;
– Bank, Kassa, Satış, Əmək haqqı , avans, mal-material  və s.  sənədlərinin proqram təminatına daxil edilməsi;
– Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal material uçotuna lazımı dəyişiklikləri işləmək;

Böyük Mühasib üçün tələblər

– 25-50 yaş aralığında olan  namizədlər;
– Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
– Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;
– Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı
– Mühasibat uçotunun metodikası və texnikası
– Mühasibat hesablaşmaları
– Əmək və vergi  məcəllələrini  yüksək  səviyyədə  bilməli
– 1.C8.1  ,  1.C8.2  və  1.C8.3  Proqramlarında  yüksək  səviyyədə  işləmə bacarığı
– İş təcrübəsi: müvafiq vəzifədə  5 ildən  yuxarı
– Dil bilikləri: Azərbaycan dili  (yazmaq, oxumaq  və   danışmaq   mükəmməl  səviyyədə)
– Məsuliyyətli, stressədavamlı

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
– Həftədə 6 iş günü,  saat  09.00 –dan  19.00-dək,  şənbə  günü  09.00-dan  13.00-dək

Qeyd: iş yeri Bakı şəhərində , mərkəzdə  yerləşir.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Böyük Mühasib” qeyd edərək  öz  CV lərini   mükəmməl   şəkildə   nesimi.75@mail.ru  və info@finstaff.az email ünvanına göndərməyiniz  xahiş olunur.

Mənbə: jobsearch.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.