» » » 1700 AZN əmək haqqı ilə Baş Mühasib tələb olunur

1700 AZN əmək haqqı ilə Baş Mühasib tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0
birbank biznes

Vakansiya: Baş Mühasibvakansiya Baş Mühasib

İşəgötürən: Beta Azerbaijan

Ümumi məlumat

  • Şəhər – Bakı
  • Yaş – 30-50 yaş
  • Təhsil  – Ali
  • İş təcrübəsi – 3 ildən 5 ilə qədər

    Telefon – (012) 408-66-95

    Vakansiya barədə məlumat
    – Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
    – Vergi orqanları ilə yazışmalar
    – Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
    – E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
    – E-portal proqramı ilə işləmək bacarığının olması
    – Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
    – Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
    – DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
    – Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
    – Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
    – BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək

    İş qrafiki

    – Bazar ertəsi – şənbə: 08:30-dan 18:00-dək
    – Bazar günü istirahət günüdür
    – Nahar şirkət tərəfindən verilir


    Baş Mühasib üçün tələblər

    – Qadın namizəd
    – Ali təhsilli
    – B1-B3, Microsoft Office proqramlarını bilmək
    – 1C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
    – e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
    – Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
    – Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
    – Balansın çıxarılması

    CV-lərinizi foto ilə birlikdə post@beta.az və info@finstaff.az ünvanına “ Baş mühasib ” başlığı altında göndərməyiniz xahiş olunur. Əks təqdirdə cv-lərə baxılmayacaq.

    Mənbə: kadr.az