» » » Vahid büdcə təsnifatında kiçik dəyişiklik edilib

Vahid büdcə təsnifatında kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

Vahid büdcə təsnifatında kiçik dəyişiklik edilib

karantin, Kənd təsərrüfatı

Karantin rejiminin pozulmasına görə cərimələr büdcəyə gedəcək

Nazirlər Kabineti “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatının 1.4.3.1.1.2-ci yarımmaddəsi aşağıdakı redaksiyada verilib:

 

1

 

4

 

3

 

1

 

1

 

2

Epidemiya əleyhinə rejimin, sanitariya- gigiyena       və      karantin       rejimlərinin

pozulmasına görə

Belə ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil edilib.

Bundan əvvəl isə sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil idi.


Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan  Respublikasının  Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il

11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3,  maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2090, 2095; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il  4  mart tarixli 83 nömrəli, 9 aprel tarixli 132 nömrəli və 14 may tarixli 172 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.4.3.1.1.2-ci yarımmaddəsi aşağıdakı redak- siyada verilsin:

 

1

 

4

 

3

 

1

 

1

 

2

Epidemiya əleyhinə rejimin, sanitariya- gigiyena       və      karantin       rejimlərinin

pozulmasına görə

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 8 iyun 2020-ci il

№ 194

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun