» » » Vahid büdcə təsnifatı ilə bağlı qərarda dəyişiklik edilib

Vahid büdcə təsnifatı ilə bağlı qərarda dəyişiklik edilib

posted in: Qanun, Xəbər | 0

Vahid büdcə təsnifatı ilə bağlı qərarda dəyişiklik edilib

 

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Biznes hesabi

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 mart tarixli 94 və 100 nömrəli, 18 mart tarixli 110 nömrəli, 28 mart tarixli

130, 133, 135 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.1-ci və 4.3-cü bəndlər ləğv edilsin.
2. 5-ci hissədə “Bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikasının vahid büdcə təsnifatının tətbiqinə başlanıldığı tarixdən etibarən” sözləri “2020-ci il 1 yanvar tarixindən” sözləri ilə əvəz edilsin.
3. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı” üzrə:
3.1. 1.1.4.6.1.0-cı yarımbənddə “torpaqlarda, binalarda və digər obyektlərdə açıq məkanda reklamın yayımı üçün” sözləri “daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı” sözləri ilə əvəz edilsin;
3.2. “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə”nin 1.1.4.6-cı yarımbəndindən “dövlət və bələdiyyə torpaqlarında, binalarında və digər obyektlərində” sözləri çıxarılsın.
4. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı” üzrə:
4.1. altıncı sətirdə “Ali və yuxarı icra hakimiyyəti orqanlarının fəaliyyəti” sözləri “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların və icra səlahiyyətlərini həyata keçirən orqanın fəaliyyəti” sözləri ilə əvəz edilsin;

4.2. “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə:
4.2.1. 1.1.0-cı paraqrafda “Ali və yuxarı icra hakimiyyəti orqanlarının fəaliyyəti” sözləri “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların və icra səlahiyyətlərini həyata keçirən orqanın fəaliyyəti” sözləri ilə əvəz edilsin;
4.2.2. 1.1.2-ci paraqraf aşağıdakı redaksiyada verilsin:
“1.1.2. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin
edən digər orqanların və icra səlahiyyətlərini həyata keçirən orqanın fəaliyyəti” paraqrafına Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və onun strukturuna daxil olan dövlət büdcəsindən maliyyələşdirilən tabeli qurumlar, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin saxlanılması xərcləri daxildir.”.
5. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı” yeni redaksiyada verilsin (əlavə olunur).

Azərbaycan Respublikasının

Baş Naziri                                          Novruz Məmmədov

 

Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı

Sıra

№-si

Baş kredit sərəncamçıları Kod
1 2 3
1. Azərbaycan Respublikasının Milli Məclisi 1101
2. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1102
3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 1201
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti 1202
5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 1203
6. Azərbaycan Respublikasının xaricdəki diplomatik

nümayəndəlikləri və konsulluqları

1204
7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 1205
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 1207
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1208
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 1209
11. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1210
12. Azərbaycan Respublikasının Vergilər Nazirliyi 1211
13. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 1212
14. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1213
15. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 1214
16. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 1215
17. Azərbaycan Respublikasının Təhsil Nazirliyi 1216
18. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 1217
19. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 1218
20. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1219
21. Azərbaycan Respublikasının Energetika Nazirliyi 1221
22. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 1223
23. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi 1224
24. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 1225
25. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 1227
26. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 1230
27. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1231
28. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 1232
29. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 1233
30. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti 1235
31. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 1238
32. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti 1239
33. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi 1243
34. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi 1244
35. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi 1245
36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 1247
37. Yerli icra hakimiyyəti orqanları 1251
38. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 1252
39. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 1255
40. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət

Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti

1256
41. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 1259
42. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi 1264
43. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 1265
44. Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti 1268
45. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 1269
46. Dənizkənarı Bulvar İdarəsi 1270
47. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi 1272
48. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 1274
49. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək

Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti

1277
50. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 1278
51. Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Mənzil- Kooperativ Təsərrüfatı İdarəsi 1284
52. Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti 1285
53. Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi 1287
54. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 1289
55. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 1290
56. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət

Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti

1292
57. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi 1293
58. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 1294
59. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi 1295
60. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti 1296
61. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti 1297
62. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 1301
63. Azərbaycan Respublikasının Ali Məhkəməsi 1302
64. Azərbaycan Respublikasının Baş Prokurorluğu 1311
65. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu 1312
66. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) 1313
67. Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən məhkəmə hakimiyyəti orqanları 1314
68. Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən prokurorluq orqanları 1315
69. Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi 1316
70. Bakı Apellyasiya Məhkəməsi 1317
71. Gəncə Apellyasiya Məhkəməsi 1318
72. Sumqayıt Apellyasiya Məhkəməsi 1319
73. Şirvan Apellyasiya Məhkəməsi 1320
74. Şəki Apellyasiya Məhkəməsi 1321
75. Maliyyə təminatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən məhkəmələr 1322
76. Azərbaycan Respublikasının Hesablama Palatası 1401
77. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 1402
78. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) 1403
79. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti 1404
80. Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası 1405
81. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 1406
82. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1407
83. Azərbaycan Milli Elmlər Akademiyası 1413
84. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi 1415
85. Bakı Dövlət Universiteti 1418
86. Azərbaycan Tibb Universiteti 1419
87. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 1422
88. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1423
89. Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlar 1424
90. Səfərbərlik ehtiyatları anbarları 1425
91. Ehtiyat idarəetmə məntəqələri 1426
92. Məhkəmə-Hüquq Şurası 1428
93. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın Katibliyi 1429
94. Dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 1431
95. Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 1432
96. Fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər 1433
97. Dövlət xarici borclarının ödənilməsi ilə bağlı xərclər 1440
98. Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər 1441
99. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi 1442
100. “ADA” Universiteti 1443
101. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi 1444
102. Xarici kreditlər 1447
103. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti 1451
104. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi 1452
105. Beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər 1453
106. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 1457
107. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti 1458
108. Seçici siyahılarının dəqiqləşdirilməsi 1459
109. Dairə seçki komissiyalarının saxlanılması 1460
110. Yerli xərclərdə nəzərdə tutulmayan sosial-iqtisadi və digər təyinatlı tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər 1461
111. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni

İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti

1462
112. Beynəlxalq Muğam Mərkəzi 1463
113. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi 1468
114. Heydər Əliyev Mərkəzi 1473
115. Su təchizatı qurğularının istismarı və onlara xidmətlə bağlı bələdiyyələrə verilən maliyyə yardımı 1476
116. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti

1477
117. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 1478
118. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1482
119. Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə

üzvlərinin təminatı

1486
120. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 1487
121. Qeyri-dövlət təşkilatlarına verilən maliyyə yardımı 1491
122. Müfəssəl ərazi planlaşdırılması sənədlərinin hazırlanması 1494
123. Azərbaycan Dövlət Tərcümə Mərkəzi 1495
124. “Bakı Kristal Zalı” Məhdud Məsuliyyətli Cəmiyyəti 1497
125. Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları nəticəsində

Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarına, yaşayış məntəqələrinə və digər obyektlərinə dəymiş zərərin, maddi və mə- dəni itkilərin Beynəlxalq Qiymətləndirmə Standartlarına əsasən müəyyənləşdirilməsi məqsədilə qiymətləndirmə sahəsində təcrü- bəsi olan ekspertlər də daxil olmaqla, 15 nəfərdən ibarət Azərbay- can Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı

nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrup

1499
126. “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi 1502
127. Azərbaycanda Atatürk Mərkəzi 1503
128. Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu 1519
129. Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu 1520
130. Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu 1521
131. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi 1525
132. Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkəti 1528
133. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti 1529
134. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 1530
135. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti 1531
136. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 1532
137. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu 1533
138. “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu 1535
139. Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondları 1540
140. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 1541
141. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası 1546
142. Dövlət mükafatlarının və təltiflərinin maliyyə təminatı 1548
143. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu 1549
144. “Azərbaycan” Nəşriyyatı 1550
145. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 1554
146. Kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər 1555
147. Maddi-texniki təminatın möhkəmləndirilməsi 1560
148. Dövlət maddi və material ehtiyatlarının yaradılması 1562
149. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti 1565
150. Xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 1567
151. Radio və televiziya redaksiyalarının saxlanılması ilə bağlı xərclər 1569
152. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 1572
153. Xarici qrantlar hesabına həyata keçirilən layihələr 1573
154. Dövlətdən sosial yardımı alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən

təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası ilə bağlı xərclər

1575
155. Dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər 1576
156. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti 1590
157. Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik 1591
158. Sosial-iqtisadi və digər tədbirlərin maliyyələşdirilməsi 1594
159. Siyasi partiyalara verilən maliyyə yardımı 1596
160. Azərbaycan Respublikasının Gənclər Fondu 1599
161. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 1601
162. Yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya 1602
163. Yerli gəlir və xərcləri tənzimləmək üçün ayrılan vəsait 1603
164. Yerli büdcələrə (bələdiyyələrə) verilən subvensiya 1604
165. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 1701
166. Azərbaycan Respublikasının Dövlət Neft Fondu 1702
167. Əməyin ödənişi xərclərinin tənzimlənməsi və digər sosial tədbirlər 1801
168. Maddi-texniki təminatın möhkəmləndirilməsi və əsaslı təmir 1807
169. Qanunvericilik və icra hakimiyyəti orqanlarının təşkilati strukturunun təkmilləşdirilməsi 1808
170. Dövlət daxili borclarının ödənilməsi ilə bağlı xərclər 1810
171. İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı 1812
172. Beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlər 1813
173. Bakı Nəqliyyat Agentliyi 1814
174. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 1818
175. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 1819
176. Nəqliyyat sahəsi üzrə islahatların aparılması və digər tədbirlər 1821
177. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti 1823
178. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi 1824
179. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 1825
180. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi 1826
181. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi 1827
182. Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi 1828
183. Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu 1829
184. Qeyri-neft məhsullarının ixracının təşviqi, stimullaşdırılması və bu qəbildən olan digər tədbirlər 1830
185. Sosial mənzillərin tikintisi və ipoteka ilə bağlı xərclər 1832
186. İslahatlarla bağlı xərclər 1835
187. Bir sıra dövlət müəssisələrində islahatların aparılması ilə bağlı texniki iqtisadi əsaslandırmanın hazırlanması 1837
188. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi 1840
189. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Talassemiya Mərkəzi 1841
190. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Bakı Sağlamlıq Mərkəzi 1842
191. “Bakı Konqres Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti 1843
192. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi 1844
193. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi

1845
194. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu 1847
195. Azərbaycan İlahiyyat İnstitutu 1848
196. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi 1849
197. Büdcədənkənar vəsaitlərdən istifadə sahəsində islahatlar aparılması ilə bağlı xərclər 1851
198. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi 1853
199. “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti 1854
200. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti 1855
201. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti 1856
202. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi 1857

 

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.