» » » Vahid büdcə təsnifatı ilə bağlı qərarda dəyişiklik edilib

Vahid büdcə təsnifatı ilə bağlı qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

vahid büdcə təsnifatıVahid büdcə təsnifatı ilə bağlı qərarda dəyişiklik edilib.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə”   2004-cü il 6 oktyabr tarixli 149 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1398-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 yanvar tarixli 878 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA ALIR:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, №  11,  maddə  994;  2007,  №  1, maddə  50, №  10,  maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1,  maddə 66, №  4, maddə 365;  2012,  № 9, maddə  934;  2013, №  8,  maddə  1000, №  10, maddə  1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7, maddə 890, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241; 2017, № 4, maddə 643, № 6, maddə 1244, № 9, maddələr 1722, 1745, № 10, maddə 1896; 2018, № 1, maddə 122, № 3, maddə 630, № 4, maddələr 785, 831, № 6, maddə 1356,  №  7  (II  kitab),  maddə 1628,  №  8,  maddə  1799,  №  10, maddələr 2142, 2155, № 11, maddə 2428; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 mart tarixli 95 nömrəli, 18 mart tarixli 110 nömrəli, 28 mart tarixli 130, 132 və 135 nömrəli qərarları) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Büdcə gəlirlərinin təsnifatı”nın 1.4.3.1.3.2-ci yarımbəndinə “qaydalarının” sözündən sonra “və aptek təşkilatlarına dair tələblərin” sözləri əlavə edilsin.
  2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 mart tarixli 94 və 100 nömrəli, 18 mart tarixli 110 nömrəli, 28 mart tarixli 130, 133 və 135 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.4.3.1.3.2-ci yarımbəndinə “qaydalarının” sözündən sonra “və aptek təşkilatlarına dair tələblərin” sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının
Baş naziri                              Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Biznes hesabi