» » » Qeyri-rezidentə ödənilən üzvlük haqlarında ƏDV hesablanmalıdır?

Qeyri-rezidentə ödənilən üzvlük haqlarında ƏDV hesablanmalıdır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

üzvlük haqqlarında ƏDVSual: Mən həkiməm və America Endocrine Society – Amerika Endokrin Cəmiyyətinə illik üzvlük haqqını plastik kart ilə ödəniş etdikdə 18% əlavə dəyər vergisi (ƏDV) ödəməliyəm?

Cavab: ƏDV-nin elektron ticarət qaydasında işlərin görülməsinə və xidmətlərin göstərilməsinə tətbiq edildiyini, üzvlük haqqının isə iş (xidmət) hesab edilmədiyini nəzərə alaraq qeyri-rezident təşkilata ödənilən üzvlük haqlarına Əlavə Dəyər Vergisi hesablanmır.

Əsas: Vergi Məcəlləsinin 13.2.11-ci, 159.1-ci, 169.1-ci və 169.3-cü maddələri və “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının 10.05.2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsi.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun