» » » Uzunmüddətli müqavilələr üzrə gəlir və gəlirdən çıxılan məbləğlər necə hesablanmalıdır?

Uzunmüddətli müqavilələr üzrə gəlir və gəlirdən çıxılan məbləğlər necə hesablanmalıdır?

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

Uzunmüddətli müqavilələr üzrə gəlir və gəlirdən çıxılan məbləğlər necə hesablanmalıdır?

icbari tibbi sığorta əməliyyatları ƏDV

Uzunmüddətli müqavilələr üzrə gəlir və gəlirdən çıxılan məbləğlər barədə:

«Uzunmüddətli müqavilə» – müqavilədə nəzərdə tutulan istehsal, quraşdırma və ya tikinti, yaxud bunlarla bağlı xidmətlərin və işlərin vergi ili ərzində başa çatdırılmadığı müqavilə deməkdir. Müqavilədə göstərilən işlərin başlandığı gündən 6 ay ərzində başa çatdırılmasını nəzərdə tutan müqavilələr uzunmüddətli müqavilələrə aid edilmir. Vergi ödəyicisi hesablama metodu ilə uçot aparırsa, uzun müddətli müqavilələrlə bağlı gəlir və bu gəlirdən çıxılan məbləğlər vergi ili ərzində müqavilələrin yerinə yetirilməsinin faktiki həcmlərinə uyğun olaraq uçota alınır. Müqavilənin yerinə yetirilməsinin faktiki həcmi vergi ili ərzində çəkilmiş xərcin həmin müqavilədə nəzərdə tutulan ümumi qiymətləndirilən xərclərlə müqayisə edilməsi yolu ilə müəyyənləşdirilir.

Əsaslandırma: Vergi Məcəlləsinin 138.1-138.3-cü maddələri.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun