» » » Ünvanlı sosial yardım üçün müraciət edən ailələrin sayı iki dəfə azalıb

Ünvanlı sosial yardım üçün müraciət edən ailələrin sayı iki dəfə azalıb

posted in: Xəbər | 0

“Məşğulluq imkanlarının genişlənməsi, xüsusilə də regionlarda əhalinin kənd təsərrüfatı işlərinə geniş cəlb olunaraq gəlir əldə etmək imkanlarının güclənməsi ünvanlı sosial yardım proqramına müraciətlərin sayını azaldıb. 2017-ci ilin əvvəlində 159,5 min ailə ünvanlı sosial yardım alırdısa, ilin sonuna belə ailələrin sayı iki dəfə azalaraq 80 min, il ərzində orta aylıq sayı 116 min olub, müraciətlərin sayı isə ilin əvvəlinə nisbətən dörd dəfə azalıb. İl ərzində bu məqsədlərə büdcədən 215 milyon manat vəsait xərclənib”.

Bunu Nazirlər Kabinetinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, 2017-ci ildə 483 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 60 min nəfərə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib. Bu məqsədlərə sərf edilmiş 371 milyon manat 2016-cı ilin göstəricisindən 9,3 faiz çoxdur.

Mənbə: report.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Leave a Reply

Your email address will not be published.