» » » 1300 manat məvaciblə Baş mühasib tələb olunur

1300 manat məvaciblə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0
birbank biznes

İşəgötürən: Green City

İş barədə məlumat

– Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
– Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək;
– Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
– Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
– İş qrafiki: Bazar ertəsi – şənbə: 09:00-dan 18:00-dək;
– İstirahət: bazar günü;
– Nahar fasiləsi: 13:00-dan 14:00-dək;
– Servis və nahar yeməyi ilə şirkət tərəfindən təmin olunur.

Namizədə tələblər

– Xanım namizəd tələb olunur;
– Ali iqtisadi təhsil;
– Dil bilikləri: Azərbaycan dili (əla), rus dili və ingilis dili bilən namizədlərə üstünlük veriləcək;
– Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi (tikinti sahəsində təcrübəsi olanlara üstünlük veriləcək);
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyini bilməli;

–  Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
– 1C 7.7 və 8.3 rəsmi mühasibatlığın işlənməsi, BTP, B1, B3 proqramları ilə yüksək səviyyədə işləmə bacarığı;
– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
– Fərdi və kollektivdə işləmə qabiliyyəti.

Əmək haqqı: 1000-1300 AZN
Şəhər: Bakı
Yaş: 35 – 55 yaş
Əlaqədar şəxs: Türkan Hacıyeva
Telefon: (077) 277-74-25 / (012) 565-19-72
E-mail: hr@greencity.az
Mənbə: boss.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az