» » » Turizm şirkətlərinin booking.com kimi saytlara rezervasiyaya görə ödədiyi məbləğ vergiyə cəlb edilir?

Turizm şirkətlərinin booking.com kimi saytlara rezervasiyaya görə ödədiyi məbləğ vergiyə cəlb edilir?

posted in: Vergi, Xəbər | 0

Sual: Turizm sektorunda rezervasiya xidmətləri göstərən Booking.com, Expedia.com və digər bu kimi saytlara və o cümlədən qonaqların göndərilməsində agent (bildiyimiz turizm agentlikləri nəzərdə tutulur) kimi iştirak edən qeyri-rezident fiziki və hüquqi şəxslərə ödənilən vəsaitlər ödəmə mənbəyində vergiyə cəlb olunurmu? Xahiş edirəm, mümkün qədər detallı və Vergi Məcəlləsinin müvafiq maddələrinə əsaslanaraq izahat verəsiniz.

Cavab: Bildiririk ki, sorğunuzda qeyd olunan saytlar vasitəsi ilə rezervasiya xidmətlərini göstərən, habelə xarici dövlərlərdən olan turistlərin Azərbaycan Respublikasına gəlməsini təşkil edən qeyri-rezident şəxslərin əldə etdiyi gəlirlər Azərbaycan mənbəyindən gəlir hesab olunmaqla 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunmalıdırlar.

Bax: Vergi Məcəlləsinin 13.2.18-cu və 125.1.5-ci maddələri.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
[email protected]